SON DƏQİQƏ
» » Şeytanlar həmişə yumuşaq üsullarla öz vəsvəsələrini təkrar və təlqin edirlər

Şeytanlar həmişə yumuşaq üsullarla öz vəsvəsələrini təkrar və təlqin edirlər

Tarix:

4-05-2017, 23:01

/ 4 347 dəfə oxundu.
Şeytanlar həmişə yumuşaq üsullarla öz vəsvəsələrini təkrar və təlqin edirlər

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Ayətullah Ruhullah Qərəhi Quranın silsiləvi təfsir dərsində dedi ki, Quran oxumamışdan qabaq tövsiyə edilir ki, "qovulmuş şeytanın” şərrindən Allaha pənah aparaq.
Şeytanlar insan və cinlərdən ibarət vəsvəsə edən bir qurupun adıdır. "Rəcim” adı isə İblisə məxsusdur. Şeytan xəbisliklə və alçaqcasına insanı aldadıb düz yoldan sapdıran şəxslərə deyilir.
 
Hədislərdə qeyd edilir ki, İmam Sadiq (ə) xalqı şeytanın şərindən və vəsvəsəsindən uzaq olan, Allaha sığınmaq mənası ehtifa edən bir dua ilə tanış edir. Duada deyilir:
 
«اَعُوذُ بِاللَّهِ السَّمیعِ الْعَلیمِ مِنْ هَمَزاتِ الشَّیاطینِ وَ اَعُوذُ باللَّهِ اَنْ‏ یَحْضُرُونِ اِنَّ اللَّهَ هُوَ السَّمیعُ الْعَلیمُ»
 
Duanın qısa mənası bundan ibarətdir ki, eşidən və bilən Allaha şeytanların daxili vəsvəsələrindən pənah aparıram. Onların mənim yanımda hazır olmasından Allaha sıgınıram. Həqiqətən Allah eşidən və biləndir.
Ayətulllah daha sonra şeytanın vəsvəsələrini yumuşaq və soyub müharibə adlandırdı və bildirdi ki, onlar təkrar metodundan istifadə edirlər və beləliklədə çirkin fikirləri insanların zehniyyətinə yeridirlər. Buna görə də Allah buyurur ki, yalnız Quran oxuyan zamanda deyil, bütün işlərin başlancıgında şeytandan Allaha pənah apar.
 

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər