SON DƏQİQƏ
» » QMİ fitrə zəkatının məbləğini açıqladı: Mübahisə yarandı

QMİ fitrə zəkatının məbləğini açıqladı: Mübahisə yarandı

Tarix:

8-04-2024, 10:29

/ 1 441 dəfə oxundu.
QMİ fitrə zəkatının məbləğini açıqladı: Mübahisə yarandı

Ramazan ayı sabah sona çatır. Aprelin 10-da isə Azərbaycanda Ramazan (Fitr) bayramının namazı qılınacaq. Bayram namazına qədər - yəni 1-2 gün əvvəl fitrə zəkatı çıxarılacaq, ehtiyacı olanlara yardım ediləcək.
Fitrə zəkatı bayramı namazına qədər çıxarılmalıdır, çünki ondan sonra verilən zəkat adi sədəqə sayılır. Fitrə zəkatının miqdarı adambaşına üç kiloqram ərzaqla hesablanır. Yəni evdən hər bir ailə üzvünün adına üç kq müəyyən növ ərzaq çıxarmaq lazımdır.
Bu arada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fitrə zəkatının pulla hesablanmış məbləği barədə açıqlaması birmənalı qarşılanmayıb. QMİ tövsiyə edib ki, fitrə zəkatını pulla hesablayarkən adambaşına 10 manatdan götürmək məqsədəuyğundur.
“İmkanı olanlar bu məbləğdən daha çox hesablaya bilərlər. Maddi durumunu normallaşdırmış, borcları olmayan, ailəsini dolandıra bilən insanlar mütləq fitrə zəkatı çıxarmalıdırlar”, - deyə idarə rəsmisi bildirib.
Sosial şəbəkələrdə isə Qafqaz Müsəlmanları İdarəsinin açıqlaması tənqidlərə tuş gəlib.
İnsanlar fitrə zəkatının adambaşına 10 manatdan hesablanmasını çox hesab edirlər. Bu onunla əsaslandırılır ki, hazırda buğdanın bir kq-ı 0,8-1,2 manatdırsa, ya da düyünün bir kq-ı 3-6 manatdırsa, QMİ niyə fitrə zəkatının minimum məbləğini 10 manatdan hesablayır?
Sosial şəbəkələrdəki müzakirələrdə QMİ-ni fitrə zəkatının minimum məbləğini hesablayarkan imkanı zəif, yoxsul, xəstə insanları nəzərə almamaqda qınayıblar. Çünki qəlbində Allah sevgisi olan bütün inanclı insanlar maddi durumlarına baxmayaraq Fitr bayramı ərəfəsində evlərindən zəkat çıxarmaqla şükür etmək niyyətindədirlər.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, İlahiyyat İnstitutunun sabiq rektoru Ceyhun Məmmədov Modern.az-a açıqlamasında məsələyə münasibət bildirib.
“Ramazana xas əməllərdən biri də fitrə zəkatıdır. Dinimizə görə, hər bir müsəlman şəxs fitrə zəkatını verməlidir”, - deyən ilahiyyatçı deputat məbləğə də toxunub.

скачать dle 12.1

Şərhlər