SON DƏQİQƏ
» » “Fitrəni bank kartlarına da köçürmək olar”

“Fitrəni bank kartlarına da köçürmək olar”

Tarix:

6-04-2024, 10:28

/ 1 419 dəfə oxundu.
“Fitrəni bank kartlarına da köçürmək olar”

“Fitrə zəkatını ənənəvi formada və ya bank kartlarına köçürməklə çıxarmaq olar”.
GunAz.az xəbər verir ki, bunu “Report”a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev Ramazan ayı münasibətilə çıxarılacaq fitrə zəkatının zamanı və miqdarını açıqlayarkən deyib.
Onun sözlərinə görə, fitrə zəkatı Ramazan bayramından öncəki axşam, bayram namazına qədər çıxarılmalıdır:
“Oruc tutan və ya tuta bilməyən hər kəs üçün fitrə zəkatı vacibdir. Adətən, ailənin başçısı ailəsinin üzvlərinin sayına uyğun hesablayaraq fitrə zəkatı çıxarmalıdır. Bu, ən çox yeyilən ərzaqdan – xüsusilə buğdadan hesablanır. Ərzağın özünü və ya onun dəyərini pul şəklində ehtiyacı olanlara vermək mümkündür.
скачать dle 12.1

Şərhlər