SON DƏQİQƏ
» » Şəhid Kəlbiyev Şaiq Namiq oğlunun şəhadətə ucaldığı gündən 3 il ötür

Şəhid Kəlbiyev Şaiq Namiq oğlunun şəhadətə ucaldığı gündən 3 il ötür

Tarix:

18-10-2023, 22:03

/ 4 257 dəfə oxundu.
Şəhid Kəlbiyev Şaiq Namiq  oğlunun şəhadətə ucaldığı gündən 3 il ötür

 Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin Kəlbiyev Şaiq Namiq  oğlunun şəhadətə ucaldığı gündən üçüncü il ötür.
   Şaiq Kəlbiyev 1994-cü il sentyabrın 10-da Bakı şəhərində anadan olub. 2002-ci ildə Qaradağ rayonunun Sahil qəsəbəsində  E. Eyyubov adına 273 nömrəli tam orta məкtəbin birinci sinfinə daxil olub və 2007-ci ilə qədər orada təhsil alıb. 2007-ci ildən təhsilini Qaradağ rayonunun Sahil qəsəbəsində 319 nömrəli tam orta məкtəbdə davam edib və 2012-ci ildə məzun olub. 2012-2014-cü illərdə Sosial-İqtisadi Kollecində təhsil alıb.27 sentyabrda düşmənə qarşı aparılan ədalət mübarizəmizdə ehtiyyatdan xidmətini davam etdirmək üçün ordu sıralarına göndərilib. 15.10.2020-ci il tarixində  Suqovuşan-Ağdərə  istiqaməti uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Müharibədə göstərdiyi rəşadətə,igidliyə görə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları  ilə təltif olunmuşdur.
    Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, YAP Qaradağ rayon Təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri və ictimaiyyətin nümayəndələriı, Şəhidlərin ailə üzvləri, yaxınları, qazilər,  şəhid Kəlbiyev Şaiq Namiq  oğlunun şəhidin məzarını ziyarət etmiş, məzarı üzərinə gül qoymuşdur, ruhuna dualar oxunmuşdur.
   Daha sonra şəhidin evi ziyarət olunmuş, şəhid ailəsinə ərzaq  və maddi yardım edilmişdir. Şəhid ailəsi ilə söhbət edilmiş, şəhidlərimizin əbədi ehtirama layiq olduğu bildirmişdir.Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları  ilə bağlı dövlətin mühüm tədbirlər gördüyünü diqqətə çatdırmışdır,göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə etmişdir.
Vüqar MUSAYEV

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ