SON DƏQİQƏ

Şəhid Məmmədov Pərviz Ələddin oğlu

Tarix:

25-08-2022, 09:33

/ 2 104 dəfə oxundu.
Şəhid Məmmədov Pərviz Ələddin oğlu

Pərviz Ələddin oğlu Məmmədov 1989-cu il avqustun 9-da Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində anadan olub. Onun valideynləri əslən Tovuz rayonunun Çeşməli kəndindəndir. O, 1995-2006-cı illərdə  Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki  N.Qurban adına 288 nömrəli tam orta məкtəbdə təhsil alıb. Elə həmin il Pərviz Məmmədov Heydər Əliyev adına Ali Hərbi Akademiyanın Mühəndislik ixtisasına qəbul olunub və  2010-cu ildə oranı müvəffəqiyyətlə bitirərək bir il Bakı şəhərində Salyansk  hərbi hissədə leytenant rütbəsi ilə hərbi qulluq edib.2010-cu ildən isə həqiqi hərbi xidmətini leytinant rütbəsi ilə Murovdağda yerləşən N saylı hərbi hissədə davam etdirib.2013-cü ildə baş leytenant hərbi rütbəsi alaraq bölük komandiri kimi Tovuz rayonunun Ağdam, Əlibəyli, Koxanəbi, A.bulaq  kəndlərində xidmət edib. 2018-ci ildə kapitan rütbəsi alaraq  tank əleyhinə bölük komandiri  təyin edilib

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı  Azərbaycan Ordusunun kapitanı olan Pərviz Məmmədov Füzulinin azadlığı uğrunda gedən döyüşlərə qatılıb. 29-30 sentiyabr tarixlərində isə Xocavənd uğrunda gedən şiddətli döyüşlərdə mərdliklə vuruşub və sentyabrın 30-da  zamanı şəhid olub.   O, Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki şəhidlər qəbirstanlığında  dəfn olunub.

Pərviz Ələddin oğlu Məmmədov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına batereya komandiri kimi qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi və    Azərbaycanın Füzuli və Xocavənd rayonlarının  işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin  müvafiq Sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları və  3-cü dərəcəli "Rəşadət” ordeni  ilə təltif edilmişdir. Ailəli idi. Bir oğlu yadigar qaldı.

ALLAH RƏHMƏT ELƏSİN!



скачать dle 12.1

Şərhlər