SON DƏQİQƏ
» » Azərbaycanın Türkiyədəki yeni səfiri kimdir?- Dosye

Azərbaycanın Türkiyədəki yeni səfiri kimdir?- Dosye

Tarix:

26-07-2021, 14:13

/ 3 740 dəfə oxundu.
Azərbaycanın Türkiyədəki yeni səfiri kimdir?- Dosye

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycanın Türkiyədəki səfiri təyin edilib.

Rəşad Məmmədov 31 oktyabr 1973 ildə Gəncə şəhərində anadan olub. 1990–1995-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 2002–2004 G. Plexanov adına Rusiya Dövlət İqtisad Akademiyasının magistraturasını bitirib. 2017–2020 — Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin doktoranturasını bitirib.

  • 1990–1992 — Ədliyyə Nazirliyinin Aparatında Kargüzar olaraq çalışıb.
  • 1992–1994 — Həqiqi hərbi xidmətdə olub. Azərbaycan Respublikası Birinci Qarabağ müharibəsi veteranıdır. Goranboy ikinci ərazi botalyonunda və Müdafiə Nazirliyinin Murov istiqamətində döyüş şəraitində olan N saylı hərbi hissəsində döyüş yolu keçib.
  • 1995–1996 — Bakı Hərbi Prokurorluğunda Mühafizə bölməsinin rəisi olub.
  • 1996–2000 — Bakı Hərbi Prokurorunun köməkçisi vəzifəsini tutub.
  • 2000–2001 — Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi MDB idarəsində attaşe,
  • 2001–2006 — Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində üçüncü katib, ikinci katib,
  • 2006–2008 — Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində Konsuluq Hüquq məsələləri şöbəsinin müdiri,
  • 2008–2010 — Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunda Baş Konsulun vəzifəsini icra edib.
  • 2010 — Prezidentinin Sərəncamı ilə Birinci dərəcəli Fövqəladəvə Səlahiyyətli Elçi diplomatik rütbəsi verilib.
  • 2010–2015 — Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau Şəhərindəki baş konsulu olub.
  • 2015-2021 — Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri olub.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ