SON DƏQİQƏ

Cinlər və pis yuxu görmək

Cəmiyyət / Manşet

Qaradağın Şanqar massivində Şəhidlər bulağının açılışı olub

Tarix:30-09-2022, 09:08 Oxunub:2 771

Bu gün-29.09.2022-ci ildə Qaradağ rayonunun Şanqar Massivində Vətən müharibəsi şəhidləri Teyyublu Çərkəz Vidadi oğlunun və Gülmalıyev Ağamirzə Ağabəy oğlunun xatirəsinə tikilmiş bulaq kompleksinin açılışı olmuşdur.
Bulaq açılışında YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatı Aydın Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Qaradağ rayon İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Həsrət Almasov, Şəhidlərin ailə üzvləri və yaxın qohumları, icra hakimiyyəti əməkdaşları, bələdiyyə sədrləri və qəsəbə sakinləri iştirak etmişlər.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Şəhid Teyyublu Çərkəz Vidadi oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Çərkəz Teyyublu oktyabrın 21-də Füzuli döyüşləri zamanı şəhid olub. Qaradağ rayonunun Şonqar massivindəki qəbirstanlıqda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Çərkəz Teyyublu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Çərkəz Teyyublu ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Gülmalıyev Ağamirzə Ağabəy oğlu isə 02 aprel 2002-ci ildə Bakı şəhəri Qaradağ rayonunun Qızıldaş qəsəbəsində anadan olmuşdur. 2009-ci ildə Qızıldaş qəsəbəsində yerləşən 180 saylı orta məktəbin 1-ci sinfinə daxil olan Ağamirzə 2019-cü ildə həmin məktəbi və 8 saylı Peşə litseyini bitirmiş və ordu sıralarına yollanmışdır.
Həyatının ən qaynar çağını yaşayan Ağamirzə Gülmalıyevin qismətinə şəhidlik zirvəsinə yüksəlmək yazılmışdı. O, Füzuli rayonunun azad edilməsi əməliyyatlarına qatılmış və Suqovuşanın azad edilməsi zamanı xüsusi fərqlənmiş, cəsurluq, igidlik nümunəsi göstərmiş, qəhrəmancasına şəhid olmuş və Şonqar məzarlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Ağamirzə Gülmalıyev "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.
Allah Şəhidlərimizi rəhmət eləsin!

Qaradağın Şanqar massivində Şəhidlər bulağının açılışı olub

 

Qaradağın Şanqar massivində Şəhidlər bulağının açılışı olub

 

Qaradağın Şanqar massivində Şəhidlər bulağının açılışı olub

 

Qaradağın Şanqar massivində Şəhidlər bulağının açılışı olub

 


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<