SON DƏQİQƏ
» » Bakıda 2 qardaşdan qadına qarşı ŞOK HƏRƏKƏT: Sevgilisi ilə intim...

Bakıda 2 qardaşdan qadına qarşı ŞOK HƏRƏKƏT: Sevgilisi ilə intim...

Tarix:

8-05-2019, 23:51

/ 413 dəfə oxundu.
Bakıda 2 qardaşdan qadına qarşı ŞOK HƏRƏKƏT: Sevgilisi ilə intim...

Bakıda tanışını intim görüntülərlə şantaj etməkdə təqsirli bilinən 1986-cı il Sərxan Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
GunAz.az xəbər verir ki, Sərxan Cəfərov zərərçəkmiş şəxsə rüsvayedici məlumatlar yaymaq, onun özünün və yaxın qohumlarının şəxsiyyəti üzərindən zor göstərməklə hədə-qorxu gəlib.
O, paytaxt sakini Samirə Babayevanın (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərtidir – red.) qeyri-rəsmi şəkildə birgə yaşadığı Yavər Səmədovla aralarında yaranmış narazılığın həlli ilə əlaqədar müraciətindən sonra sonuncuları şantaj etmək qərarına gəlib.
Bu məqsədlə qardaşı Sübhan Cəfərovla birlikdə Samirə Babayevanın Yavər Səmədovla yaxın münasibətdə olması barədə əldə etdiyi məlumatlardan istifadə edib, onun yaxın qohumları, tanışları arasında rüsvayedici məlumatlar yayacağını, üzərinə sulfat turşusu atacağını, azyaşlı uşaqlarını oğurlayacağını bildirib.
Sərxan Cəfərov 25 iyul 2016-cı il tarixdən 26 avqust 2016-cı il tarixədək olan müddət ərzində Bakı şəhərinin müxtəlif rayonları ərazisində hissə-hissə olmaqla Samirə Babayevadan 6850 manat pul alıb.
Bundan başqa, Sərxan və Sübhan Cəfərovlar qadının Yavər Səmədovla telefon danışıqlarını da əldə ediblər. Daha sonra həmin telefon danışıqlarını yayacaqlarını, qadını rüsvay edəcəkləri ilə şantaja əl atıblar.
Bu yolla Samirə Babayevadan 2500 manat istəyiblər. İlkin olaraq ondan 500 manat alsalar da, qadın qalan 2000 min manatı verməkdən imtina edib.
Şantaj olunan qadın Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edib. Şikayət əsasında Sərxan Cəfərov həbs edilib.
Cinayət işlərinə ayrı-ayrı icraatlarda baxılıb.
İstintaq orqanı tərəfindən Sərxan Cəfərovun barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.(Teleqraf)

скачать dle 12.1

Şərhlər