SON DƏQİQƏ

Yaponiya səfiri Şamaxıda

Tarix:

25-04-2024, 19:13

/ 2 773 dəfə oxundu.
Yaponiya səfiri Şamaxıda

Yaponiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Vatanabe Katsuya Şamaxıya səfər edib.
GunAz.az xəbər verir ki, səfər zamanı səfir Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovla görüşüb.
Görüş zamanı Şamaxı rayonunun tarixi, Azərbaycan mədəniyyətində və poeziyasında yeri və müasir inkişafı barədə söz açılıb.
Səfir Şamaxı şəhərində yerləşən Azərbaycanın ən qədim məscidi olan Cümə Məscidinə, həmçinin Şamaxı Astrofizika Rəsədxanasına və “Şirvan Şərabları” müəssisəsinə baş çəkib.
Səfir, həmçini bir qrup Yaponiya vətəndaşları tərəfindən Şamaxıya hədiyyə edilən Sakura bağına baxış keçirib və bir daha layihə iştirakçılarına təşəkkür ifadə olunub.


скачать dle 12.1

Şərhlər