SON DƏQİQƏ
» » Sizi intim şəkillərinizlə şantaj edirlərsə... - Hüquqi şərh

Sizi intim şəkillərinizlə şantaj edirlərsə... - Hüquqi şərh

Tarix:

30-01-2017, 15:53

/ 6 935 dəfə oxundu.
Sizi intim şəkillərinizlə şantaj edirlərsə... - Hüquqi şərh

Son vaxtlar vətəndaşların şantaj yolu ilə hədələnməsi yolu ilə törədilən cinayətlərə tez-tez rast gəlinir. Bu daha çox intim görüntülərin, məlumatların yayılma üsulu ilə müşahidə olunur.

Femida.az məsələnin hüquqi tərəfini araşdırıb. 
Şantaj olunan şəxslər nə etməli və nələri bilməlidirlər?
Mövzunu vəkil Asif Abdullayev  şərh edib:


 


Şəxsi (kişi ya qadın) intim şəkillərlə (və digər rüsvayedici məlumatlarla) şantaj edən şəxsləri hansı cəza gözləyir və şantaj zamanı hansı tədbirlər görülməlidir?
" İlk növbədə qeyd etmək lazımdır ki, konstitusiyanın 32-ci maddəsinin 3-cü hissəsinə əsasən, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
Son illər ərzində texnikanın inkişaf etməsi, pis niyyətli şəxslərə şantajla məşğul olmaq üçün daha əlverişli imkanlar yaratmışdır. İstər real münasibət zamanı çəkilmiş şəkillərdən, istərsə də sosial şəbəkələrdə yaranmış ünsiyyət nəticəsində xanımın göndərdiyi şəkillərdən bəzi insanlar şantaj məqsədi ilə istifadə edirlər. Şəkillərin yayılacağı ilə hədələyərək, xanımlardan pul tələb edilmə halları az deyil. 
Həmin şəxsləri hansı cəza gözləyir?
"Şantaj edərək pul tələb etmə qanunvericiliyə əsasən cinayət məsuliyyətinə səbəb olur. Cinayət məsuliyyətinə həmçinin şəxsə və ya onun yaxınlarına qarşı fiziki zor tətbiq etmək, əmlakı məhv etmək hədəsi ilə pul tələb etmək də də səbəb olur. 
Cinayət məcəlləsinin 182-ci maddəsinə əsasən, intim şəkillərlə və sair rüsvayedici məlumatların yayılacağı ilə şantaj edərək pul tələb edən şəxsi 3 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. 
Əgər bu hərəkətlər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və ya zor tətbiq etməklə törədildikdə və ya təkrar törədildikdə və ya xeyli miqdarda (3-10 min manat civarında) pul tələb etməklə törədildikdə, təqsirkar şəxsləri 5 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. 
Şantaj və ya fiziki zor tətbiq etməklə külli miqdarda (10 mindən yuxarı məbləğ) pul tələb edildikdə və bir sıra digər hallarda təqsirli şəxsləri 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. 

Göründüyü kimi, şantaja görə qanunvericilikdə çox ciddi cəzalar nəzərdə tutulub . Buna baxmayaraq, şantajın qurbanı olan bəzi şəxslər məsələnin böyüyəcəyindən, daha çox insanın məsələdən xəbərdar olacağından ehtiyat edərək, onları şantaj edən şəxslər barədə polisə məlumat vermirlər. Bu insanlar şantaj edən şəxsin qurbanına çevrilirlər və daimi olaraq təhdid altında yaşamağa məcbur olurlar. Amma təcrübə göstərir ki, əksər hallarda şantaj qurbanı olan şəxslər sonda məcbur qalaraq polisə müraciət edirlər. 
Şantaj olunan şəxslər hansı addım atmalıdır?
Şantaj qurbanına çevrilməmək üçün, şantajla bağlı vaxtında polisə müraciət etmək lazımdır. Eyni zamanda, şantaj edən şəxsə qarşı sübutlar da toplamaq yaxşı olardı. Misal üçün, şantaj edən şəxslə sms-lə yazışmaq olar. Gələcəkdə polis bu işi araşdırarkən, mobil operatordan bütün sms-lərin məzmunu barədə məlumatı əldə edə bilər və bu məlumatlar şantaj faktını sübut edəcək. Məlumat üçün qeyd edim ki, sms-lə yazışmaların məzmunu saxlanılır və istintaq zərurəti yarandırğı halda qanunla nəzərdə tutulmuş qaydada onları əldə etmək mümkün olur. Sms yazışmalarla yanaşı, şantaj edilməyinizin şahidi olmuş şəxsin ifadəsi və sübut kimi çıxış edə biləcək digər hallar da cinayət əməlinin sübuta yetirilməsində yardımçı ola bilər.
Qeyd edim ki, əksər cinayətlərdən fərqli olaraq, şantajla pul tələb etməyə görə cinayət məsuliyyəti 14 yaşdan yaranır. Yəni, 14 yaşına çətmış şəxs, şantaja görə cinayət məsuliyyətinə cəlb edilə bilər. 
Şantajla bağlı məsələlərdə, zəruri hüquqi addımlar atmaqla yanaşı, psixoloji cəhətdən də dözümlülük nümayiş etdirmək lazımdır. Təcrübə göstərir ki, bəzi şəxslər şantajla məşğul olurlar, lakin əllərində olan rüsvayedici məlumatları yayacaq qədər cəsarətli olmurlar. Buna bir çox amillər səbəb ola bilər, misal üçün cinayət məsuliyyətindən qorxurlar, məsələnin ictimailəşəcəyindən qorxurlar, sadəcə şantaj görüntüsü yaradaraq asan yolla pul əldə etməyə çalışırlar və sair. Belə şəxslər öz qurbanlarını qorxuzurlar, amma şantaj etdiyi şəxsdən imtina cavabı aldıqdan sonra bu əməldən əl çəkirlər. Buna görə də, şantaj edən şəxslər qarşısında mümkün qədər acizlik göstərməmək lazımdır.
Hər bir halada, şantajla rastlaşan şəxsə psixoloji cəhətdən möhkəm olmaq və şantajla rastlaşdığı təqdirdə hüquqi tədbirlər görülməsi üçün vəkilə müraciət etmək məsləhət görülür.
Miri Məcidli
Femida.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər