SON DƏQİQƏ
» » Gürcüstan müxalifəti 3 gün sonra yeni mitinq keçirəcək

Gürcüstan müxalifəti 3 gün sonra yeni mitinq keçirəcək

Tarix:

26-04-2024, 08:00

/ 2 700 dəfə oxundu.
Gürcüstan müxalifəti 3 gün sonra yeni mitinq keçirəcək

Gürcüstan müxalifəti yeni mitinq elan edib.
GunAz.az xəbər verir ki, bu barədə “Sputnik Georgia” məlumat yayıb.
Belə ki, mitinq aprelin 28-də saat 19:00-da Respublika meydanında keçiriləcək.
Müxalifət partiyalarının yaydığı birgə bəyanatda deyilir ki, ictimai təşkilatlar və media qurumları hakim “Gürcü Arzusu-Demokrat Gürcüstan” partiyasının parlamentə təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz olaraq hakimiyyətlə əməkdaşlığı dayandırır.
Qeyd edək ki, Gürcüstan hökuməti və hakim “Gürcü Arzusu” partiyası da aprelin 29-na ümumrespublika mitinqi elan edib. Hakimiyyətin mitinqində 100 mindən çox insanın iştirakı nəzərdə tutulur.скачать dle 12.1

Şərhlər