SON DƏQİQƏ
» » Gürcüstan Konstitusiyasında dəyişikliklər edilə bilər

Gürcüstan Konstitusiyasında dəyişikliklər edilə bilər

Tarix:

4-04-2024, 08:30

/ 2 223 dəfə oxundu.
Gürcüstan Konstitusiyasında dəyişikliklər edilə bilər

Hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının deputatları Konstitusiyaya düzəlişlər təşəbbüsü ilə çıxış ediblər. Onlar parlamentə LGBT təbliğatının qadağan olunmasını nəzərdə tutan konstitusiya qanunu layihəsini göndəriblər.

Qanunverici orqanın saytında dərc edilən dəyişikliklərə əsasən, Gürcüstan Konstitusiyasında ailə dəyərlərinin qorunması, nikahın yalnız ən azı 18 yaşında olan bir kişi və bir qadının birliyi kimi qəbul edilməsi nəzərdə tutulur. Həmçinin, yalnız evli olan heteroseksual şəxslərə yetkinlik yaşına çatmayan uşağı övladlığa götürmə və ya qəyyumluq icazəsi veriləcək. Konstitusiya qanunu cinsiyyətin dəyişdirilməsi ilə bağlı hər hansı tibbi müdaxiləni qadağan edəcək.


скачать dle 12.1

Şərhlər