SON DƏQİQƏ
» » Putin LGBT təbliğatı ilə bağlı sərt qərar verdi

Putin LGBT təbliğatı ilə bağlı sərt qərar verdi

Tarix:

5-12-2022, 20:19

/ 1 987 dəfə oxundu.
Putin LGBT təbliğatı ilə bağlı sərt qərar verdi

Rusiya prezidenti Vladimir Putin ölkədə LGBT təbliğatını qadağan edən qanunu imzalayıb.

Bu barədə Müvafiq məlumatlar Dövlət Dumasının sənədlərinin elektron məlumat bazasında yayımlanıb.

Bir sıra sənədlərə edilən düzəlişlər filmlərdə, reklamlarda və mediada qeyri-ənənəvi cinsi münasibətlərin, pedofiliyanın və cinsiyyətin dəyişdirilməsinin təbliğini tamamilə qadağan edir. Federasiya Şurası bu qanun layihəsini noyabrın 30-da, Dövlət Duması isə bir həftə əvvəl qəbul edib.

 

Yuxarıdakı qadağalara əlavə olaraq, Rusiya 18 yaşına çatmamış vətəndaşların ödənişli internet resurslarında bu cür materiallara çıxışını məhdudlaşdırır.

Roskomnadzor isə, LGBT təbliğatı olan materialları sonradan bloklamaq üçün xüsusi reyestrə daxil etmək səlahiyyəti alır. Agentlik həmçinin qadağan olunmuş media və nəşrləri müəyyən etmək üçün internetin monitorinqi prosedurunu da müəyyən edəcək

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ