SON DƏQİQƏ
» » İran XİN: “Xarici qoşunlar Qafqazda sabitlik yaratmır”

İran XİN: “Xarici qoşunlar Qafqazda sabitlik yaratmır”

Tarix:

22-04-2024, 15:24

/ 3 614 dəfə oxundu.
İran XİN: “Xarici qoşunlar Qafqazda sabitlik yaratmır”

İran həmişə vurğulayıb ki, xarici qoşunların Cənubi Qafqaza yeridilməsi təhlükəsizlik və sabitliyin bərqərar olmasına, region xalqlarının maraqlarının təmin olunmasına kömək etmir.
GunAz.az Mehr-ə istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani bildirib.
Onun sözlərinə görə, Cənubi Qafqazın təhlükəsizliyi İranın ən mühüm prioritetlərindən biridir.
Kənani əlavə edib ki, Cənubi Qafqazın təhlükəsizliyi bütün regionun təhlükəsizliyinə təsir edir.
XİN-in mətbuat katibi qeyd edib ki, İranın strategiyası mövcud mexanizmlərdən istifadə edərək fikir ayrılıqlarını həll etmək və Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin bərqərar olması üçün danışıqlar və çoxtərəfli dialoq aparmaqdır:
“Cənubi Qafqazda militarizmin artırılmasına yönəlmiş istənilən yanaşma regionda təhlükəsizlik vəziyyətini çətinləşdirəcək və regionda sülh prosesinə zərər verəcək və İran bunu qəbul etməyəcək. Region ölkələri regionda vəziyyəti çətinləşdirəcək mexanizmlər yaratmaq istəmir”. (Yenisabah)скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ