SON DƏQİQƏ

İrandan Türkiyəyə Zəngəzur mesajı

Tarix:

8-01-2024, 15:24

/ 1 438 dəfə oxundu.
İrandan Türkiyəyə Zəngəzur mesajı

İran Xarici İşlər Nazirliyi (XİN) Türkiyəni nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlunun Zəngəzur dəhlizi layihəsinin 2028-ci ildə reallaşdırılması ehtimalı haqda açıqlamasına münasibət bildirib.

İran XİN sözçüsü Nasir Kənani bu məsələdə Tehranın mövqeyinin aydın və dəqiq olduğunu deyib.
“Qafqazdakı vəziyyət, sülh və sabitlik, dəhlizlər və tranzit keçidləri ilə bağlı aydın mövqeyimiz var. Tehran sülh və sabitlik naminə regional, eləcə də ticarət, nəqliyyat və tranzit sahələrində əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır.
Həmişə qeyd etmişik ki, ticarət-iqtisadi əməkdaşlığın inkişafı regionda geosiyasi dəyişikliklərə, müxtəlif ölkələrin suverenliyinin və ərazi bütövlüyünün pozulması üçün bəhanə ola bilməz”, - N.Kənani bildirib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ