SON DƏQİQƏ
» » "Bunu etsəniz dünya dağılmaz" - Nadirdən kanallara

"Bunu etsəniz dünya dağılmaz" - Nadirdən kanallara

Tarix:

25-04-2024, 16:04

/ 2 513 dəfə oxundu.
"Bunu etsəniz dünya dağılmaz" - Nadirdən kanallara

Müğənni Nadir Qafarzadə verilişlərdən şikayətlənib.
GunAz.az xəbər verir ki, sənətçi bu haqda Əməkdar artist Rəşad İlyasovun "Danışır musiqi" proqramında söz açıb. O bildirib ki, özəl kanallarda şou xarakterli proqramlarda klassik musiqilərə yer ayrılmır:
"Sırf sənətə həsr olunan verilişlər azdır. Şou xarakterli proqramlar da olsun. Amma özəl kanallar da bunu etsin. Klassik mahnıları səsləndirə biləcəyimiz 1 saat ayrılsın. 1 saat vaxt ayırsalar, dünya dağılmaz".
N.Qafarzadə yeni bəstələrin tez unudulmasından gileylənib:
"Mənə elə mahnı göndərirlər ki... Yazırlar ki, Nadir müəllim, əsl sizlikdir. Görürəm ki, Nadirin "N-sı"da yoxdur. Deyirəm ki, bir az üzərinizdə işləyin. Gənc nəsldən yaxşı mahnılar istəyirik. Birini oxuyursan, 1 həftədən sonra dəbdən düşür. Əvvəl az mahnı yazırdılar, amma gözəl olurdu. İndi gecə yatıb yuxuda nə görürsə, səhər artıq studiyadadır. Rəşid Behbudov bir bəstə üzərində 1 ay işləyirmiş".
скачать dle 12.1

Şərhlər