SON DƏQİQƏ

Maşın nömrəsi satan polisə HÖKM OXUNDU

Tarix:

29-01-2019, 12:30

/ 10 239 dəfə oxundu.
Maşın nömrəsi satan polisə HÖKM OXUNDU

Rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən sabiq polis əməkdaşı Sərxan Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

GunAz.az xəbər verir ki , Bakı Ağır Cinayətlər hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Sərxan Sadıqov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S.Sadıqov "Bakı Metropoliteni" QSC-də polis əməkdaşı vəzifəsində çalışıb. O, Sədrəddin Kərimov və Xəyyam Səfərzadəyə maşın nömrəsi alacağı vədi verib. Lakin sonradan S.Sadıqov verdiyi vədə əməl etməyib. Ümumilikdə həmin şəxslərə 17 min manata yaxın ziyan dəyib. Zərərçəkmişlərin şikayəti əsasında saxlanılan S.Sadıqovun barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə), 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ