SON DƏQİQƏ

Azərbaycanda dərman istehsal ediləcək

Tarix:

25-04-2024, 13:38

/ 2 644 dəfə oxundu.
Azərbaycanda dərman istehsal ediləcək

2025-ci ildən Macarıstanın iki əczaçılıq şirkətləri Azərbaycanda dərman istehsalına başlayacaq.
GunAz.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının 10-cu iclasında bildirib. 
O əlavə edib ki, bu müəssisələrdə 90 adda dərman istehsalı planlaşdırılır.
S. Babayev əlavə edib ki, turizm, təhsil, kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişlənir. Bu isə qeyri- neft sektorunda əlaqələrin inkişaf potensialının olduğunu deməyə əsas verir. (Apa)
скачать dle 12.1

Şərhlər