SON DƏQİQƏ

Aprel ayında bu məhsullar BAHALAŞIB

Tarix:

4-05-2024, 13:47

/ 2 583 dəfə oxundu.
Aprel ayında bu məhsullar BAHALAŞIB

Aprel ayında dünyada ərzaq qiymətləri artıb. 
GunAz.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb.
Məlumata görə, 2024-cü ilin aprel ayında təşkilatın ərzaq qiymətləri indeksinin dəyəri 119,1 bənd təşkil edib, bu da mart ayının göstəricisindən 0,3 bənd (0,3%) çoxdur. 
Ən böyük artım ətin qiymət indeksində qeydə alınıb. Mart ayı ilə müqayisədə 1.6 faiz artım olub. 
Bitki yağının qiymət indeksi əvvəlki ayla müqayisədə 0,3 bənd (0,3%) artıb və 13 ayın ən yüksək səviyyəsinə yüksəlib. 
Süd məhsullarının qiymət indeksi isə 123,7 bənd təşkil edib ki, bu da mart ayı səviyyəsindən 0,3 bənd (0,3%) aşağıdır. Taxılın qiymətində də azalma qeydə alınıb. 
Şəkərin qiymət indeksi də öz növbəsində aprel ayında 5,9 bənd (4,4%) azalaraq 127,5 bənd təşkil edib. Qlobal şəkər qiymətlərinin aşağı düşməsi ilk növbədə qlobal tədarükdə gözlənilən artımlar, o cümlədən Hindistan və Taylandda istehsalın əvvəlcədən proqnozlaşdırılandan daha çox olması ilə bağlı olub. 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ