SON DƏQİQƏ
» » Müsavat parlament seçkilərində iştirak edəcək

Müsavat parlament seçkilərində iştirak edəcək

Tarix:

4-05-2024, 12:28

/ 2 526 dəfə oxundu.
Müsavat parlament seçkilərində iştirak edəcək

“Bilirsiniz ki, Azərbaycanda yaxın vaxtlarda parlament seçkiləri olacaq. Bu seçkilər bizim üçün çox mühümdür”.
GunAz.az xəbər verir ki, bu fikirləri Müsavat Partiyasının XI qurultayında partiyanın hazırkı başqanı Arif Hacılı deyib.
“Müsavat Partiyası bu seçkilərdə iştirak etmək əzmindədir. Bu seçkilərdən imtina etmək niyyətində deyilik. Bütün seçki dairələri üzrə seçkilərdə iştirak edəcəyik. Seçki komandaları hazırlanmalıdır, maliyyə fondlarının yaradılması barədə düşünməliyik. Seçkilərlə bağlı platforma layihəsi hazırdır. Seçkilərdə “Azadlıq, Ədalət, Hüquqi dövlət” şüarı ilə iştirak edəcəyik”, - deyə o bildirib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ