SON DƏQİQƏ

CƏFƏR CABBARLI - 125

Tarix:

3-05-2024, 21:33

/ 5 039 dəfə oxundu.
CƏFƏR CABBARLI - 125

"Cəfər Cabbarlının yaradıcılığı dramaturji ədəbiyyatımızın daha da inkişaf edilməsinə çox böyük təsir göstərmişdir.Cabbarlı həm sovet dramaturgiyasının,həm də Azərbaycan sovet teatrının beşiyi başında durmuşdur.Bizim həyatımız Cəfər Cabbarlı üçün zəngin mövzu mənbəyi idi."
Heydər Əliyev

Ötən gün mayın 2-də Azərbaycan Dövlət Film Fondunda Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəsyəyi ilə Azərbaycan Dövlət Film Fondunda görkəmli kinodramaturq,teatrşünas,kinoşünas,rejissor,yazıçı və şair,tərcüməçi,Əməkdar incəsənət xadimi Cəfər Cabbarlının  125 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
Yubiley mərasimini giriş sözü ilə Azərbaycan Dövlət Film Fondunun direktoru,kinorejissor,Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq,öz çıxışında milli kinomatoqrafiyamızın inkişafında Cəfər Cabbarlının  adını vurğulamaqla onun misilsiz xidmətlərindən geniş danışdı.Tədbirdə elm və incəsənət xadimlərindən AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri,filologiya elmləri doktoru,professor Asif Rüstəmli,Əməkdar incəsənət xadimi,kinorejissor,Prezident təqaüdçüsü Aydın Kazımzadə,Əməkdar incəsənət xadimi,kinirejissor Cahangir Zeynallı,Siyəzən rayon C.Cabbarlı adına 1 saylı tam orta məktəbdə uzun illər direktor vəzifəsində çalşmış,"Tərəqqi" medallı,"Rəsul Rza" mükafatçısı,"Cabir Novruz" Mədəniyyət Fondunun vitse-prezidenti,şair Nəcməddin Mürvətov və digər natiqlərC.Cabbarlı yaradıcılığlndan,onun geniş kino fəaliyyətindən,ədəbiyyat və incəsənətimizin inkişafında əvəzsiz xidmətlərindən ürəkdolusu həm geniş,həm də məzmunlu çıxış etdilər.
Tədbirdə zalın geniş monitorunda Cəfər Cabbarlının 80 illik yubileyi münasibətilə çəkilmiş "Solmaz bir bahar kimi" adlı sənədli film nümayiş olundu.Filmin ssenari müəllifi yazıçı və şair,dramaturq Seyfəddin Dağlı,rerejissor Əməkdar incəsənət xadimi Cahangir Zeynallı.1979-cu ildə "Azərbaycanfilm"  kinostudiyasında istehsal olunmuş film Dövlət Film Fondu tərəfindən bərpa edilib.
Tədbirdə Cabbarlı ailəsi adından ədibin nəvəsi,Cəfər Cabbarlı ev-muzeyinin direktoru,Əməkdar mədəniyyət işçisi Qəmər xanım Seyfəddinqızı  çıxışında tədbirin yüksək səviyyədə təşkil olunmasına görə Dövlət Film Fondunun rəhbərliyinə,eləcədə əməyi keçən bütün kollektivinə və tədbir iştirakçılarına öz dərin təşəkkürünü bildirdi.Yubiley tədbirində Azərbaycan Dövlət Film Fondunun və C.Cabbarlı ev-muzeyinin hazırladıqları fotosərgilər nümayiş olundu.
Sonda tədbir iştirakçıları ədibin ailə üzləri bir arada  xatirə şəkillər çəkdirdilər.
Rəsmiyyə Heybətağaqızı








скачать dle 12.1

Şərhlər