SON DƏQİQƏ

CƏFƏR CABBARLI - 125

Tarix:

19-04-2024, 22:17

/ 3 116 dəfə oxundu.
CƏFƏR CABBARLI - 125

Bu gün Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Azərbaycan dramaturgiyasının banisi,teatrşünas,kinoşünas,tərcüməçi,kinossenarist,şair,yazıçı və dramaturq,Əməkdar İncənənət xadimi Cəfər Cabbarlının anadan olmasının 125 illiyinə həsr olunmuş tədbir keçirildi.
Tədbir Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi və Cəfər Cabbarlı ev-muzeyinin birgə təşkilatçılığı ilə baş tutdu.İlk olaraq giriş sözü ilə tədbiri açan muzeyin direktoru,Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova açaraq qonaqları salamladı və böyük zəka sahibi C.Cabbarlının geniş yaradıcılığından,onun Azərbaycan  mədəniyyətinin və incəsənətinin inkişafında olan misilsiz xidmətlərindən əhatəli və dolğun məlumat verdi.
Tədbirdə iştirak edən elm,mədəniyyət və incəsənət xdimlərindən-Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı,filologiya elmləri doktoru Tahirə Məmməd,AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun professoru,tarix elmləri doktoru Tahirə Həsənzadə,C.Cabbarlı mükafatının komissiya üzvü,Xalq artisti,rejissor Mərahim Fərzəlibəyov,Azərbaycan Milli Konservatoriyasının dosenti,filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy və digər söz adamları böyük dramaturqun yaradıcılığından bəhs edən məruzələrlə çıxış etdilər.Həmçinin tədbirdə iştirak edən Əməkdar artist Rəşad İlyasovun ifasında C.Cabbarlının nəğməli dünyasından "Azad bir quşdum" mahnısı ,C.Cabbarlı poeziyasından  Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası,Əməkdar artist Məsmə Ağamalıyevanın  "Ey dan ulduzu",Bakı Bələdiyyə Teatrının aktyoru,"Humay" mükafatı laureatı Toğrul Rza Müşfiqin ifasında isə məharətlə səslənən  "Məhkum","Azərbaycan bayrağına" adlı şeirlər zalda gur alqışlara səbəb oldu.Tədbirin gedişatında geniş monitor vasitəsilə qonaqlar üçün ədibin əsərləri əsasında oynanılmış tamaşalardan fraqmentlər və şeirlərinə yazılmış mahnılar nümayiş olundu.Tədbirin yekununda ədibin nəvəsi,C.Cabbarlı ev-muzeyinin direktoru,Əməkdar mədəniyyət işçisi Qəmər xanım Seyfəddinqızı yüksək təşkilatçılığa görə Teatrın rəhbərliyinə,əməyi keçən bütün kollektivə və tədbir iştirakçılarına öz dərin minnətdarlığını bildirdi.
Tədbir qonaqlar və bütün iştirakçılarla birlikdə xatirə şəkillər çəkdirməklə başa çatdı.
Rəsmiyyə Heybətağaqızı



скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ