SON DƏQİQƏ

Bahar şairinin 125 yaşı TAMAM OLDU

Tarix:

20-03-2024, 16:04

/ 3 139 dəfə oxundu.
Bahar şairinin 125 yaşı TAMAM OLDU

Azərbaycan kino sənətinin təşəkkülü,dram və opera səhnələrinin ən yaxşı tamaşaları,parlaq publisistika və dərin professional teatr tənqidi Cəfər Cabbarlının adı ilə bağlıdır.
Heydər Əliyev

Bu gün 2024-cü il martın 20-də XX əsr Azərbaycan ədəbiyyatının klassiki,şair və dramaturqu, kinosenatist, teatrşünas, tərcüməçi, jurnalist Cəfər Cabbarlının 125 yaşı tamam olur.
Cəfər Qafar oğlu Cabbarlı 1899-cu il martın 20-də Bakının 110 km-də yerləşən Xızıda anadan olub.Cəfər Cabbarlı 12 yaşında olarkən ilk mətbu şeirləri "Həqiqəti əfkar" qəzetində işıq üzü görüb. 1911-ci ildən yaradıcılığa şeirlə başlayan gənc Cəfər qələmini ədəbiyyatın bütün janrlarında da sınayır. Bu baxımdan gənc ədib xalqı tərəfindən daha çox bir dramaturq kimi sevilib və şöhrət qazanıb. Dünən də, bu gün də, uzaq gələcəkdə də bizim bəhrələnə biləcəyimiz şeirlər, hekayələr və dram əsərlərindən ibarət olan tükənməyən "Xəzinə"ni bizə miras qoyan böyük zəka sahibi Cəfər Cabbarlı 1934-cü il dekabrın 31-də, saat 4 radələrində qəfil ürəktutmasından dünyasını dəyişib.34 il qısa, lakin şərəfli bir həyatı olan teatr və kino xadimi Cəfər Cabbarlı I Fəxri Xiyabanda dəfn olunub.
Böyük dramaturqun anadan olmasının 125 illiyi ilə əlaqədar olaraq Cəfər Cabbarlı ev-muzeyində "Bahar oğlu-125" adlı tədbir keçirildi. Tədbiri ilk olaraq ədibin nəvəsi, C.Cabbarlı ev-muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Qəmər xanım Seyfəddinqızı açaraq tədbir iştirakçılarını salamladı və milli bayramımız olan"Novruz" bayramı-Baharın ilk gəlişi münasibətilə təbrik etdi.
Tədbirdə Azərbaycanın sayılıb-seçilən elm,mədəniyyət və incəsənət xadimləri-Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar, Xəzər Universitetinin rektoru,professor Hamlet İsaxanlı, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru,professor,AYB-nin tərkibində C.Cabbarlı komissiyasının sədri Asif Rüstəmli, ədibin nəvəsi filoloq,tərcüməçi Bəhlul Seyfəddinoğlu,rejissorlar, Xalq artistləri Mərahim Fərzəlibəyov və Ramiz Həsənoğlu, şair-yazıçı,tanınmış media işçisi Vahid Mustafayev və digər çıxış edən ziyalılar böyük dramaturqu yad etməklə geniş və məzmunlu çıxışlar etdilər. Onlar hər biri ayrı-ayrılıqda  C.Cabbarlının milli ədəbiyyatımızın, mədəniyyətimizin, incəsənətimizin parlaq inkişafında olan böyük xidmətlərindən və onun yaratdığı nəhəng əsərlərindən bəhs etməklə maraqlı fikirlərini tədbir iştirakçıları ilə bölüşdülər. Tədbidə iştirak edən Bakı Bələdiyyə Teatrının aktyorları,bədii qiraətçilər-Əməkdar artist Hüsniyyə Mürvətova, "Humay" mükafatı laureatı Toğrul Rza Müşfiq Cəfər Cabbarlının şeirlərini ustalıqla və məharətlə ifa etdilər.
Qədim Novruz atributları olan cürbəcür şirniyyatlar, yaşıl Səməni ilə süslənmiş çay süfrəsi arxasında şirin söhbətlər daha da vüsət alaraq "Bahar oğlu" Cəfər Cabbarlı xoş anlarla yad edildi. Tədbir yaşanan anları əbədiləşdirmək üçün xatirə şəkil çəkilməklə başa çatdı.
Rəsmiyyə Heybətağaqızı
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ