SON DƏQİQƏ

İran vurulan neft gəmisinin və ona dəyən maddi xəsarətlərin görüntülərini yayımlayıb

Tarix:14-10-2019, 18:30 Oxunub:1 659

İran Qırmızı dənizdə ötən həftə hücuma məruz qalan "Sabiti" neft gəmisinin görüntülərini yayımlayıb.

GunAz.az bu barədə Mehr Agentliyinə istinadla xəbər verir.

Bildirilib ki, İranın aidiyyatı qurumları ilk dəfə olaraq vurulan gəminin xəsarət dəyən hissələrinin görüntülərini yayımlayıblar.

Qeyd edək ki, İran bu gəminin Qırmızı dənizdə Səudiyyə Ərəbistanın sahillərindən təqribən 60 km uzaqda raketlərlə hədəfə alındığını bildirib.

Yüz otuz min barel neft daşıyan gəmi bu hadisədən sonra Fars Körfəzinə qayıtdığını bildirib. İran gəminin hədəfə alınması barədə araşdırma apardığını bəyan edib və hücumu həyata keçirən tərəfə cavab addımı ilə bağlı xəbərdarlıq edib.

İran vurulan neft gəmisinin və ona dəyən maddi xəsarətlərin görüntülərini yayımlayıb

 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<