SON DƏQİQƏ
» » İran Hörmüzdə Britaniya gəmisini saxlamağı planlaşdırmadığını bildirib

İran Hörmüzdə Britaniya gəmisini saxlamağı planlaşdırmadığını bildirib

Tarix:

11-07-2019, 12:03

/ 2 023 dəfə oxundu.
İran Hörmüzdə Britaniya gəmisini saxlamağı planlaşdırmadığını bildirib

 İran İslam İnqilabının Keşikçilər Ordusunun Dəniz Qüvvələri son günlərdə Hörmüzdən keçmək istəyən Britaniya neft gəmisini saxlamaq niyyətində olmadığını bildirib.

GunAz.az  İSNA-a istinadla xəbər verir ki, bu barədə İran İslam İnqilabının Keşikçilər Ordusunun Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Sepah-ın mətbuat xidməti ötən gün ABŞ mediasının İranın Hörmüzdə Britaniya gəmisini saxlamağa cəhd etməsi ilə bağlı iddiaları təkzib edib və İran dəniz qüvvələrinin belə bir niyyətinin olmadığını bəyan edib.

Xatıladaq ki, BP-nin “British Heritage” adlı gəmisi ötən həftənin şənbə günü hərəkətə başlamalı olduğu halda Səudiyyə sahilində qalmağı üstün tutub. BP və gəmi heyəti Fars Körfəzində bir yerdə və ya Hörmüz boğazında İran dəniz qüvvələri tərəfindən saxlanılmasından ehtiyatlanıblar. Buna görə, Britaniya Fars Körfəzində olan gəmisinin Hörmüzdən keçməsi üçün bölgəyə hərbi gəmi göndərib.

Bundan öncə isə, Britaniya dəniz qüvvələri Cəbəli-Tariq Muxtariyyətinin sahillərinə yaxın sularda İranın bir neft gəmisini saxlayıb. Britaniya iddia edib ki, İran Suriyaya neft daşımaqla Avropa ittifaqının rəsmi Dəməşqə qarşı sanksiyalarını pozur.

İran gəminin sərbəst buraxılmayacağı təqdirdə cavab addımı atacağını demişdi.

скачать dle 12.1

Şərhlər