SON DƏQİQƏ

İranda iri korpuslu PUA təqdim olunub

Tarix:

1-02-2019, 09:59

/ 10 265 dəfə oxundu.
İranda iri korpuslu PUA təqdim olunub

İran İslam Respublikası ordusunun hava qoşunlarının ilk iri korpuslu reaktiv pilotsuzu təqdim olunub.

GunAz.az xəbər verir ki, bu gün İran İslam Respublikası silahlı qüvvələrinin aviasiya qüdrəti sərgisində nümayiş etdirilən bu iri korpuslu pilotsuz uçan aparat döyüş və kəşfiyyat qabiliyyətlərinə malikdir.

Bu sərgidə həmçinin İran İslam Respublikası ordusunun hava qoşunları, Sepah-ın hava-kosmos qüvvələri, həmçinin ordunun hava-dəniz və hava-desant qüvvələrinin vertolyotları, qırıcıları, nəqliyyat və kəşfiyyat təyyarələri nümayiş etdirilib. Silahlı qüvvələrin müxtəlif lokatorları, komandanlıq və nəzarət sistemləri, hava hücumundan müdafiə və raket sistemləri də İran İslam Respublikası silahlı qüvvələrinin aviasiya qüdrəti sərgisində nümayiş etdirilib.

Sərgi fevralın on birinədək fəaliyyət göstərəcəkdir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ