SON DƏQİQƏ
» » General Baqeri: "İran başqalarının torpaqları və maraqlarına göz dikməyib"

General Baqeri: "İran başqalarının torpaqları və maraqlarına göz dikməyib"

Tarix:

28-01-2019, 18:50

/ 10 216 dəfə oxundu.
General Baqeri: "İran başqalarının torpaqları və maraqlarına göz dikməyib"

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi deyib: İslamın təlimlərinə və İran İslam Respublikasının amallarına əsasən, İran heç bir ölkənin torpağına göz dikməyib və onlara təcavüz və ya hücum niyyətində deyildir.

GunAz.az bildirir ki, General-mayor pasdar Mohəmməd Baqeri Tehranda müxbirlər qarşısında İranın silahlı qüvvələrinin, xüsusən ordunun “təhlükəsizlik prosesi”nin hücuma dəyişməsi barədə əlavə edib: İranın başqalarının torpaqları və maraqlarına göz dikməməsinə rəğmən, milli maraqların və abidələrin qorunmasında ola bilsin, hücum prosesinə də malik olmuş olsun.

General-mayor Baqeri söyləyib: Əgər bir kəs İrana təcavüz niyyətində olmuş olarsa, fakt və əsər-əlamətlərin müşahidə olunacağı təqdirdə, İran İslam Respublikası ölkənin asayişi və xalqın maraqlarının təhlükəyə düşməməsi üçün hərəkətə keçəcəkdir.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi həmçinin silahlı qüvvələrin Hörmüz boğazı, Fars Körfəzi və Oman dənizindəki təlim-məşqlərinin mühitindəki dəyişikliyə toxunaraq, deyib: Bu dəyişikliklər göstərir ki, İran Silahlı Qüvvələri düşmənlərin hər cür təhdidi ilə mübarizəyə tam hazırdırlar.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ