SON DƏQİQƏ
» » İsrail baş naziri fələstinlilərin yerdə qalan ərazilərilə bağlı təhlükəli vəd verib: Nəzarətə keçirəcəyik

İsrail baş naziri fələstinlilərin yerdə qalan ərazilərilə bağlı təhlükəli vəd verib: Nəzarətə keçirəcəyik

Tarix:

11-09-2019, 18:30

/ 2 030 dəfə oxundu.
İsrail baş naziri fələstinlilərin yerdə qalan ərazilərilə bağlı təhlükəli vəd verib: Nəzarətə keçirəcəyik

"Bu gün mən elan edirəm ki, Knesset seçkilərindən və yeni hökumət təşkil etdikdən sonra İsrailin hakimiyyətini və suverenliyini İordan çayının üzərində və Ölü Dənizinin şimalında təmin edəcəyəm."

GunAz.az BBC-ə istinadla xəbər verir ki, bunu İsrail baş naziri Benyamin Netanyahu ötən gün Knesset seçkilərinin təbliğat kompaniyası çərçivəsində çıxışı zamanı deyib.

İsrail baş naziri bildirib ki, qarşıda onları mühüm fürsət gözləyir və onlar bu fürsətlə İsrailin İordan çayının qərbində suverenliyini təmin edəcəklər.

Benyamin Netanyahu çıxışının bir hissəsində verdiyi vədin bəzi detallarını açıqlayıb və bildirib ki, ABŞ-la aparılan koordinasiya ilə İordan çayının qərb hissəsində bəzi bölgələrin üzərində, xüsusilə də yəhudi yaşayış massivlərinin üzərində İsrailin hakimiyyəti və suverenliyi təmin ediləcək.

Qeyd edək ki, Netanyahu oxşar bəyanatı bir neçə ay öncə də dilə gətirmişdi. Fələstin muxtariyyəti və bəzi müsəlman ölkələri Netanyahunun bu bəyanatını kəskin tənqid ediblər.

Qeyd edək ki, 5860 kvadrat km ərazisi olan və təqribən 3 milyon fələstinlinin sakin olduğu İordan çayının qərb sahili 1967-ci ildə İsrail tərəfindən işğal edilib. Bəzi bölgələr tam olaraq İsrailin işğalında qalsa da, bəzi nahiyələrin yalnız giriş, çıxışları İsrail qüvvələri tərəfindən nəzarətdə saxlanılır. Ötən il ABŞ-ın Qüds qərarından və Suriyanın Colan Yüksəkliklərini İsrail ərazisi kimi tanımasından sonra İordan çayının qərb sahili və Qəzzada fələstinlilərin etirazları artıb. Bəzi ekspertlər vəziyyətin belə davam edəcəyi təqdirdə İordan çayının qərb sahilinin də İsrailin ərazisi kimi tanınmasını istisna etməyiblər. 

скачать dle 12.1

Şərhlər