SON DƏQİQƏ

Şəhid bacısının acınacaqlı ömrü

Tarix:

15-07-2020, 21:20

/ 1 279 dəfə oxundu.
Şəhid bacısının acınacaqlı ömrü

 Həqiqət xanımın 37 yaşlı kiçik qardaşı müstəqillik aktına ilk qol çəkən və ilk dəfə Azərbaycan bayrağını Ağdam xalq Çəbhəsinə gətirərək  mərkəzi meydanda dalğalandıran və ilk batalyon yaradaraq sərhədimizi qoruyan millət vəkili Eldar Bağırov  Bakıda müəmmalı şəkildə qətlə yetirilərkən nəinki  bacıları , hətta bütün Azərbaycan xalqı belə qeyrətli oğul qətlə yetirilməsindən çox sarsıldı .
Bir il sonra  845- saylı batalyonun komandiri Allahverdi Bağırov igid döyüşçülərlə birlikdə Naxçıvanik , Dəhraz, Aranzəmin və Pircamalı düşmənlərdən azad etdikdən sonra  İgid koməndirin avtomobilinin sürüçüsü tərəfdən maşının alt döşəməsinə xain, cəsus qüvvələr tərəfindən mina quraşdılmış və belə qeyrətli oğul da şəhid olmuşdur.
 Hansı ki Allahverdi Bağırov demişdi ki, ermənilər mənim cəsədinin üstündən adlayıb Ağdama girə bilər.Bu müəmmalı qətllər bizi çox kədərləndirdi.
Həqiqət ana iki qardaşından sonra  o qədər ağlamışdı ki, gözləri də zəifləmişdi . Özündən çox kiçik üçünçü qardaşı, polis polkovniki, Qarabağ müharibəsi veteranı Əmir Bağırovun vəfatı yeddi bacının qəlbində yara bağlamışdı.
Kişi qeyrətli Həqiqət ana ömür gün yoldaşını 51 yaşında itirdikdən sonra  beş övladını vətənpərvər ruhda böyütmüşdür. Oğlu Rövşən Məmmədov dayısı şəhid olduqdan sonra Eldar Bağırov adına 845 saylı batalyonun komandiri olmaqla uğurlu döyüş əməliyyatı keçirmiş, başından qəlpə yarası alsa da sənədləri , hərbi bileti Ağdamda qalaraq itmiş və bu günə qədər Qarabağ qazisi olaraq təqaüd almır. 140 dəfə döyüşdə olan,  ölümdən qurtulan belə oğullar hələ də dövlətin imtiyazından istifadə etmir
Həqiqət xanım mənə bir kürəkən yox , oğul gözüylə baxırdı .
Onun beş on günün ərzində birdən birə yemək qəbul etməməsi və zəifləməsi bizi çox məyus etmişdi. Hər gün qızları, oğlu , gəlini anasına qulluq etsələr də halı get gedə pisləşirdi. Qardaşlarından yana yana danışar, ağlamaqdan gözlərinin yaşı da qurumuşdu. Hər gün Həqiqət xalaya baş çəkirdik.Onun bir arzusu Ağdama getmək , qardaşlarının məzarını qucaqlayaraq doyunca ağlamaq idi. Mənə axır sözü isə bu oldu: Nə əziyyət çəkib gəlmisiniz. Gedin o biri evdə çörəyinizi yeyin.
Uşaqlardan müğayat olun.
Öz ağrısını da bu məğrur qürurlu qadın öz içində çəkdi. Necə təmizkar, səliqəli xanım xatun qadın idi. Həqiqət ananın bişirdiyi plovu, dadlı, tamlı dovğanı  kim elə ləzzətli  bişirə bilərdi ki? 
Həqiqət xanımın vəfatı kiçik bacıları Almasın, Raisa və Sveta müəlliməni , eləcə də bacısı uşaqlarını , nəvələrini çox kədərləndirdi.
Rövşən , kürəkənləri , dostları , əmisi usaqları İntiqam və 
xalası uşaqları Ədalət, İlqar İlham, Pərviz Namiq bir sözlə bütün qohumlar bir yerə yığışaraq ciddi karantin rejimi olmasına baxmayaraq  ara məsafə saxlamaqla şəhid bacısını el adəti ilə son mənzilə yola saldıq. 
 Doğmalar kövrək xatirələr söylədilər. 
 Dünyasını dəyişmiş  cəmi şəhidlərimizə , şəhid bacısı Həqiqət Teymur qızına   Allahdan rəhmət diləyir, ruhları şad olsun deyirik.
Rauf İlyasoğlu
 
 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ