SON DƏQİQƏ

Ağdam futbolunun fədaisi-UNUTMAYAQ

Tarix:

2-03-2019, 16:58

/ 10 311 dəfə oxundu.
Ağdam futbolunun fədaisi-UNUTMAYAQ

 

 Həkimlərin naşılığı və  məsuliyyətsizliyi nəticəsində  59 yaşında  dünyasını dəyişmiş Şüra  Məmədov Agdamın qarağacı qəbirsanligında torpaga tapşırılmışdır.
Şüra Məmmədov 1931 cıi ildə Qubadlıi rayonunun Xıdırlı kəndində  anadan olmuşdur .İşi  ilə əlaqədar Agdama köçmüs  Muxtar kişı ovladlarını vətənpərver ruhda böyütmüşdür . 
Agdam futbol komandasında 9 nömrəli hücümçusu və fədaisi olan Şura Məmmədov Respublikada  böyük hörmət qazanmişdır . 
Sonralar  1955 ci illərdə  Gəncə Kənd Təsərrüfatı institutunu bitirmiş  Ş. Məmmədov  Agdam rayonunun ayri - ayrı kolxozlarında-  Əhmədagali ,Xıdırlı ,Bagbanlar , Qərvənd və Şelli kəndlərində , eləcə də Rayon Kənd təsərrufati idarəsində baş zootexnik vəzifəsində ləyaqətlə işləmişdir . 
1959 cu ildə Həqiqət xanımla (Azərbaycanin milli Qəhrəmani  əfsanəvi Komandir , Xocalilarin xilaskarı ,Şəhid  Allahverdi Bagırovun  ,  millət vəkili  olmuş azadlıq mücadili,  mustəqillik Aktina ilk qol cəkənlərdən biri , Milli Məclisdən çixarkən  xain qüvvələr tərəfindən qətlə yetirilmiş qeyrətli ogul , Səhid  Eldar Bagırovun, Polis polkovniki olmus və Qarabag müharibəsində ön , qaynar çəbhələrdə erməni quldurlarina qarşı vuruşan cəsarətli ogul , Şəhid qardaşları ilə birgə erməni quldurlarina qarşı vuruşan vətənpərvər ogul mərhum  Əmir Bagirovların bacısi  ilə )  ailə qurmuş və beş övladıni  (4 qız , bir oglan )  mərd , vətənpərvər , alnıaçıq , böyüdüb boya başa çatdirmışlar .  
Həqiqət Bagırovanin atası , el agsaqqali olmus Qəssab Teymur kisi (Agdamda hami ona Temir kişi adiyla hörmət qazanmışdı ) tez tez oglanlari ilə İmarətə gələr və futbola tamaşa edərmiş 9 nömrəli oyunçünu göstərib ogluna deyir ; Allahverdi , görursən o yaraşıqli oglan 9 nömrəli oyunçu necə əla oynayir . 
Sonradan Allahverdi Bagırov Agdam futbol komandasinin Qarabagın yaradicilarından biri , hücumcusu (5 nömrəlib)  baş  məşqcisi  olmus və Qarabag muharibəsində misilsiz xidmətlər göstərmişdir . Mənim yadima gəlir . Bu qardaşlar Şura kişiyə çox hörmətlə yanaşardılar . Şura dayi da Teymur kişinin övladlarini öz övladlarindan az istəmirdi , 
Rəhmətliklər çox qənimət , saf insanlar idi . 
Qarabag hadisələri və 20 yanvar faciəsi onu hədsiz  dərəcədə kədərləndirmiş və sarsıdıcı xəbərlər ona çox pis təsir etmişdir . 
Hər il mart ayının 2 də Şura Məmmədovun övladları bir yerə yıgışaraq atalarının vəfatının il dönümünü ehtiramla yad edir ,  Yasin oxumaqla mərhuma rəhmət diləyirik . 
Son dərəcə mehriban , qaygikeş , öz işimə məsuliyyətlə yanaşan Şura Məmmədovun xatirəsi hər zaman xatırlanır və bele xeyirxah ,mərd insan unudulmur , mərhuma  rəhmət  oxunur .

Rauf İlyasoglu
--

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ