SON DƏQİQƏ
» » DİM-in Müşahidə Şurasının tərkibi təsdiqləndi - SƏRƏNCAM

DİM-in Müşahidə Şurasının tərkibi təsdiqləndi - SƏRƏNCAM

Tarix:

23-07-2024, 16:59

/ 4 366 dəfə oxundu.
DİM-in Müşahidə Şurasının tərkibi təsdiqləndi - SƏRƏNCAM

Dövlət İmtahan Mərkəzinin (DİM) Müşahidə Şurasının tərkibi təsdiq edilib.
GunAz.az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Dövlət İmtahan Mərkəzinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilir:
Müşahidə Şurasının sədri
Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri
Müşahidə Şurasının üzvləri:
Elnur Əliyev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini
İdris İsayev – Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini
Azər Bayramov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Anar Kərimov – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.
скачать dle 12.1

Şərhlər