SON DƏQİQƏ
» » Ərdoğanla Putin olduqca vacib qərarlar verdi - Novak

Ərdoğanla Putin olduqca vacib qərarlar verdi - Novak

Tarix:

5-08-2022, 23:01

/ 1 336 dəfə oxundu.
Ərdoğanla Putin olduqca vacib qərarlar verdi - Novak

Rusiya və Türkiyə liderləri Putin və Ərdoğanın Soçidəki görüşündə olduqca vacib qərarlar verilib.

GunAz.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.

O bildirib ki, bu qərarlar Rusiya-Türkiyə iqtisadi əlaqələrini yeni səviyyəyə keçirəcək:

"Liderlər iqtisadi-ticari əməkdaşlığın inkişafı məsələlərini müzakirə etdilər. Prezidentlərin qarşıya qoyduğu vəzifə bu əlaqələri yeni səviyyəyə qaldıracaq”.

Novak bildirib ki, söhbət nəqliyyat, kənd təsərrüfatı, sənaye, turizm, İT və digər xidmətlərlə bağlıdır:

"Liderlər "Akkuyu” AES-in tikintisini və "Türk axını”nı da müzakirə etdi”.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ