SON DƏQİQƏ
» » Aleksandr Novak: "Neftin qiyməti 300 dollara qədər yüksələ bilər"

Aleksandr Novak: "Neftin qiyməti 300 dollara qədər yüksələ bilər"

Tarix:

21-03-2022, 22:09

/ 1 315 dəfə oxundu.
Aleksandr Novak: "Neftin qiyməti 300 dollara qədər yüksələ bilər"

"Qərb ölkələri Rusiya neftini almağı dayandırsalar, qiymətlər 300 dollara qədər yüksələ bilər”. Bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.

GunAz.az xarici mediaya istinadən xəbər verir ki, Moskvada hakim Vahid Rusiya Partiyasının rəsmiləri ilə görüş keçirən Novak Rusiyaya qarşı sanksiyaların enerji sektoruna təsirlərindən danışıb. Novak ABŞ və İngiltərənin Rusiya neftindən imtina etdiyini xatırladıb.

"Bu ölkələrə tədarüklərimiz az olduğu üçün bunun çox az təsiri oldu. Biz bütün neft ixracatımızın 3 faizini ABŞ-a göndərirdik”. Qərb ölkələrinin Rusiya neftinə embarqo qoyması nəticəsində qiymətlərin əhəmiyyətli dərəcədə artacağını təxmin edən Novak "Belə bir addımı atsalar, neftin qiyməti 300, hətta 500 dollara qədər qalxacaq”, – deyə bildirib.

Rusiyadan ABŞ-a uranın tədarükü də qadağan edilə bilər. Novak Rusiyanın enerji sektoruna tətbiq edilən sanksiyalara görə ABŞ-a uran tədarükünün qadağan edilməsinin də gündəmdə olduğunu bildirib.



скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ