
Rusiyanın paytaxtı Moskva şəhərinə Rusiya Beynəlxalq Əlaqələr Şurası və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun təşkilatçılığı ilə Ermənistan və Azərbaycandan olan politoloq-ekspertlərin görüşü keçirilib.
Görüşü Azərbaycan tərəfdən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, Ermənistan tərəfdən "Orbeli" Təhlil Mərkəzi əlaqələndirib.
Görüşdə Ermənistanla Azərbaycan arasında sülh sazişi, delimitasiya, nəqliyyat dəhlizləri və humanitar məsələlər müzakirə olunub.