SON DƏQİQƏ
» » Pakistan Ermənistanı dövlət kimi tanımaq üçün şərtini AÇIQLADI

Pakistan Ermənistanı dövlət kimi tanımaq üçün şərtini AÇIQLADI

Tarix:

17-03-2021, 17:19

/ 4 705 dəfə oxundu.
Pakistan Ermənistanı dövlət kimi tanımaq üçün şərtini AÇIQLADI

Azərbaycanla münasibətlər Pakistan üçün prioritetdir.

GünAz.az xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və bu ölkənin Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilən "Pakistan bu gün” seminarı zamanı deyib.

"Bir çox ölkələrlə münasibətlərimizi yaxşılaşdırmağa çalışırıq. Pakistan Ermənistanı dövlət kimi tanımır. Ermənistanla birbaşa münaqişəmiz yoxdur, mövqeyimiz Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi ilə əlaqədardır. Azərbaycanla Ermənistan arasında həll olunmamış məsələ qalmazsa, gələcəkdə Ermənistanla münasibətləri də normallaşdırmağa hazırıq”, – səfir bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ