SON DƏQİQƏ
» » Pakistan və Azərbaycan dostluq ənənələrinə sadiqdir

Pakistan və Azərbaycan dostluq ənənələrinə sadiqdir

Tarix:

2-10-2020, 14:44

/ 3 263 dəfə oxundu.
Pakistan və Azərbaycan dostluq ənənələrinə sadiqdir

Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmaqla bütün beynəlxalq tədbirlərdə, görüşlərdə ölkəmizin mövqeyini müdafiə etmiş, ərazi bütövlüyümüzü dəstəkləmiş, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında BMT Təhlükəsizlik Şurasının, beynəlxalq qətnamələrin sözsüz yerinə yetirilməsinə tərəfdar çıxmış, torpaqlarımızın azğın düşməndən azad olunması üçün hər cür kömək etməyə hazır olduğunu nümayiş etdirmişdir. Pakistanın İslam Respublikası ilə Azərbaycan dövləti arasında genişlənən iqtisadi, mədəni, ticarət əlaqələri sözsüz ki, xalqlarımızın mənafeyinə xidmət edir və bu parlamentlərarası münasibətlərdə də özünü aydın göstərir. Hər iki ölkənin parlament üzvləri vaxtaşırı görüşür, əlaqə saxlayır və fikir mübadilələri edirlər.

Azərbaycan bütün məsələlərdə, xüsusilə də Kəşmir məsələsində həmişə Pakistanı dəstəkləyir. Bu qarşılıqlı dəstək bizim əməkdaşlığımızın qardaşlıq xüsusiyyətini əks etdirir. Pakistan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə görə Ermənistanı tanımayan ölkədir. Bu, qardaşlığın əsl nümayişidir. Pakistan qardaş Azərbaycan xalqının yanındadır və onun ərazi bütövlüyünü dəstəkləyir. Pakistan hər zaman Azərbaycanın haqq işini dəstəkləyib və münaqişəninBMTTəhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin tərəfdarıdır. 1993-cü ildə məhz Pakistanın Təhlükəsizlik Şurasında sədrliyi zamanı həmin qətnamələr qəbul edilib. Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır. Heç kim Pakistan qədər Azərbaycanı anlaya bilməz.

Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq! Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir!

Nəcibə Hüseynova, Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ