SON DƏQİQƏ
» » "Ölkələrimiz arasında birbaşa hava əlaqəsinə ehtiyac var"

"Ölkələrimiz arasında birbaşa hava əlaqəsinə ehtiyac var"

Tarix:

4-07-2018, 15:12

/ 10 320 dəfə oxundu.
"Ölkələrimiz arasında birbaşa hava əlaqəsinə ehtiyac var"

"Pakistan və Azərbaycanın hər iki xalqın rifahına xidmət edən iqtisadi potensialı olsa da, təəssüf ki, bu potensialdan tam həcmdə istifadə olunmur".
 
GunAz.az xəbər verir ki, bunu Pakistanın Ravalpandi Ticarət və Sənaye Palatasının (RCCİ) prezidenti Zahid Lətif Xan Azərbaycan-Pakistan Biznes Konfransının açılışında deyib. 
  
Pakistan və Azərbaycanın bir-birinə yaxın ölkə olduqlarını vurğulayan  Z. L. Xan ölkəsinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu söyləyib: “Burada əsas məqsəd biznes məsələlərinə diqqəti yönəltmək və ikitərəfli danışıqlara başlamaqdır. Pakistanda indi dəniz yolu layihəsi həyata keçirilir ki, bu sahə Pakistanın yerləşdiyi regionun inkişafına böyük imkanlar açmaqdadır. Son bir neçə il Pakistan iqtisadiyyatında və ÜDM-də artım müşahidə olunur".

 

Pakistanın Azərbaycandakı  səfiri Səid Xan Mohmand isə bildirib ki, bu forum sayəsində iqtisadi əməkdaşlığın inkişafında irəliləyiş əldə olunacaq. O, ölkələr arasında bəzi sektorlarda əməkdaşlığın zəif olduğunu vurğulayaraq deyib ki, ticarət sahəsinə xüsusi diqqət yetirilməlidir: “Bu sahədə inkişaf mövcud olan imkanlardan xeyli aşağıdır və bunu artırmaq üçün əlimizdən gələni etməliyik. Bundan başqa, ölkələrimiz arasında  birbaşa hava əlaqəsinin olması rifahımızın təminatında mühüm rol oynaya bilər”.  

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ