SON DƏQİQƏ

“Qlobal dünya nizamına təhdidlər...”

Tarix:

22-06-2022, 20:14

/ 1 627 dəfə oxundu.
“Qlobal dünya nizamına təhdidlər...”

 Azərbaycanda "Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumunda aparılan müzakirələr  böyük əhəmiyyət kəsb edən hadisələrdən biri idi.

Prezident İlham Əliyevin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən IX Qlobal Bakı Forumunun açılışında çıxış edərək həlli vacib olan bir çox qlobal məsələlərə toxunub. Azərbaycan prezidentinin öz çıxışında dünyanı narahat edən qlobal məsələlər, o cümlədən də  Azərbaycan,  Cənubi Qafqaz və   Avropa ölkələrinin və dünyanın cari vəziyyəti, qlobal problemləri barədə dünya ictimaiyyətinə mühüm mesajlar verərək bu problemlərin  həlli ilə bağlı görülən işlərdən bəhs etmiş və dəyərli  fikirlər irəli sürmüşdür.

Prezident öz nitqində ermənilərin işğal zamanı hansı dağıntıları törətdiklərini hər kəsin gördüyünü qeyd etdi. O,düşmənin keçmiş işğalçılıq hərəkətlərinə ötəri toxunaraq daha çox inkişaf və sülh yolunda irəliləməyə çağırdı. Prezident xüsusi olaraq vurğuladı ki, atılan addımlar qarşılıqlı olmalıdır, sabitlik və regionun dayanıqlı inkişafı naminə hər bir dövlət boynuna düşən məsuliyyəti icra etməkdən çəkinməməlidir, ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələnən müharibənin qalibi Azərbaycan bunun üzərində çalışır və vaxtıilə parçalanmış Cəbubi Qafqaz ölkələrini regionda yaranmış disbalansın qarşısını almaq naminə sülh razılaşması üzərində çalışmağa başlamağı təklif edir.  Daha sonra  ölkə prezidenti Ermənistanı qeyri-konstruktiv mövqe tutmaqda, Azərbaycanın sülh çağırısına qarşılıq verməməkdə günahlandırıb. O Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımadığı təqdirdə, Azərbaycanın da Ermənistan ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu olmayacağını və tarixi nöqteyi-nəzərdən Azərbaycanın bunu etməyə hüququ olduğunu bildirdi.  Zəngəzur məsələsinə toxunaraq prezident  regional sülhün fundamental elementlərindən olan Zəngəzur dəhlizinin açılması məsələsi qısa zamanda həll olunmasa, sülh haqqında danışmağın çətin olacağını və Azərbaycanın Ermənistanla normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacağını deyərək fikrini ümumiləşdirib.

Prezident İlham Əliyev Qlobal Bakı Forumundakı çıxışında iqtisadiyyat məsələlərinə də toxundu. O, dünyada iqtisadi və siyasi böhranın qaçılmaz və yaxın olduğunu, beynəlxalq təşkilatlar və ölkələrin ərzaq böhranının nəticəsi olacaq miqrantların potensial artımı ilə bağlı vəziyyəti diqqətdə saxlamalı olduqlarını qeyd etdi.

Prezident İlham Heydər oğlu çıxışında qlobal gündəliyin aktual məsələlərindən olan enerji təhlükəsizliyi barədə də bəhs etdi. Azərbaycanın enerji resurslarına, karbohidrogen ehtiyatlarına ehtiyacın artdığını, bərpaolunan enerji ilə bağlı Azərbaycanda böyük potensialın olduğunu və bir çox ölkənin artan tələbatını təmin etmək üçün imkanının mövcudluğunu bildirdi.

Bəli, uzaqgörən və dahi siyasətçi olan Ulu Öndər Heydər Əliyevin "Azərbaycan dünyaya günəş kimi doğacaq” fikri hər müsbət mənada həyata keçir. Bu gün Azərbaycan Respublikası dünyasəviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi edir.

Səmayə Şıxəliyeva

Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin

baş məsləhətçisi

 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ