SON DƏQİQƏ

IX Qlobal Bakı Forumu nüfuzlu platformadır

Tarix:

22-06-2022, 14:16

/ 1 387 dəfə oxundu.
IX Qlobal Bakı Forumu nüfuzlu platformadır

Qlobal problemlərin həlli yollarını araşdıraraq dünya ictimaiyyətini məlumatlandıran Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təçkilatçılığı ilə keçirilən tədbirlərə maraq ildən-ilə artmaqdadır.

Bu il təşkil edilmiş  "Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr olunan IX Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, ictimai-siyasi xadimlər iştirak edirdilər. Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparıldı.

Forumda iştirak edən  Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin  açılış mərasimindəki nitqi  tədbirin qlobal əhəmiyyətə malik olduğunu sübut etməklə bərabar  mühüm  mesajlarla da yadda qaldı.

Cənab Prezident aparıcı beynəlxalq təşkilatların, habelə böyük maliyyə institutlarının ərzaq böhranı ilə mübarizə aparılması üçün onların böyük rolunun olmasını qeyd edərək, dəyişən dünyada tarazlığın və stabilliyin saxlanılmasının vacib olduğunu diqqətə çatdırdı.

Bu gün  dünyada baş verən prosesslərlə əlaqədar  enerjiyə böyük tələbat olduğundan  böyük problemlər yarandığını, onların həll olunması üçün bütün dövlətlərin, beynəlxalq təşkilatların əməli fəaliyyətə keçməli olduğunu da ölkə başçımız xüsusi vurğuladı. 

Cənab İlham Əliyev ərzaq böhranının yaranacağı təqdirdə dünya əhalisinin böyük çətinliklərlə üz üzə qalacağını və nəticədə daha bir təhlükə kimi qarşısı alınmaz miqrant problemlərinin də yaşanacağı barədə bütün dünyaya bir mesaj verdi. 

Dövlətimizin başçısı Forumda çıxışı zamanı Azərbaycanın və  regionun təhlükəsizlik məsələlərinə daha geniş aspektdən toxunaraq Qarabağ münaqişəsinin həllinin Cənubi Qafqazda sülh və təhlükəsizlik üçün bir fürsət olduğunu bildirərək, uzun müddətli qarşıdurmadan sonra ədaləti bərqərar edən və təcavüzkarı məğlub edən ölkənin qısa müddət ərzində sülh təklif etməsini dünyada nadir hallardan biri olduğunu qeyd etdi

Forumda çıxışında Zəngəzur dəhlizi ilə bağlı vacib məqamlara da toxunaraq cənab prezident bildirdi ki, Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir, dəhlizin açılması ilə bağlı bəndlərin yerinə yetirilməsi regionda sülh və əmin-amanlığın bərqərar olmasının təməl sütunudur. Yəni, bu dəhlizin açılması bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına şərait yaradacaq. Prezident bir daha vurğuladı ki, əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgəyaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq.

YAP Qaradağ rayon təşkilatı 56 saylı ƏPT-nın sədri, 16 saylı Bakı Peşə Litseyinin direktoru Şakir Hüseynov
скачать dle 12.1

Şərhlər