SON DƏQİQƏ
» » Azərbaycanın səbrinin, təmkininin də bir həddi var!

Azərbaycanın səbrinin, təmkininin də bir həddi var!

Tarix:

24-12-2020, 08:16

/ 4 836 dəfə oxundu.
Azərbaycanın səbrinin, təmkininin də bir həddi var!


 

Partiya sədri: "Beynəlxalq hüquqa məhəl qoymayan Rusiya bu gün də öz "ənənəsinə sadiq qalaraq" qanunlara hörmətlə yanaşmır"

44 günlük Vətən Müharibəsində şanlı ordumuzun möhtəşəm qələbəsi nəticəsində Azərbaycanımızın beynəlxalq aləm tərəfindən tanınmış ərazilərində dövlət suverenliyimiz de-yure bərpa edilmişdir. Ancaq reallıq budur ki, hələ də, bəzi ərazilərimizdə suverenliyimizin de-fakto, tam bərqərar olmasına nail ola bilməmişik. Adını unutduğum bir Osmanlı sədr-əzəminin dediyi kimi: "Hansı ərazilərə gedə bilmirsənsə, o sənin deyil!"

Bu fikirləri "Azad Azərbaycan"a Təkamül Partiyasının sədri Teyyub Qənioğlu bildirib.

O təəssüflə qeyd edib ki, hələ də bizlər sərbəst şəkildə Xankəndiyə, Xocalıya, Ağdərəyə gedə, oralarda Azərbaycanın mülki hakimiyyətini bərqarar edə bilmirik. Səbəb Rusiya "sülhməramlılarının" öz mandatlarına uyğun olmayaraq bu ərazilərdə özlərini işğalçı kimi aparması, ora Rusiya ərazisi kimi baxması, hərtərəfli dəstək verdiyi erməni cinayətkarlarının hələ də qondarma "Arsax"ın "mövcud olduğunu" gözə soxmaq cəhdlərinin davam etməsidir.

Partiya sədrinin sözlərinə görə, cinayətkar A.Arutyunyan hələ də özünü bu qondarma rejimin "prezidenti " kimi aparır, gündə bir "hökumət" formalaşdırır, "nazir" dəyişir, "fəaliyyətini" "sülhməramlıların" komandanı ilə "koordinasiya" edir və s. Bütün mövcud olduğu dövrlərdə gücünə arxalanaraq beynəlxalq hüquqa məhəl qoymayan Rusiya bu gün də öz "ənənəsinə sadiq qalaraq" qanunlara hörmətlə yanaşmır.

T.Qənioğlu Azərbaycan ərazilərində Rusiya Fövqəladə Hallar Nazirliyinin tikinti-bərpa işləri ilə məşğul olmasına toxunaraq bildirib ki, bu ümumiyyətlə anlaşılan deyil: "Rusiyadan soruşmaq lazımdır ki, "sülhməramlıların" nəzarəti altında olan Azərbaycan ərazilərində sənin Fövqəladə Hallar Nazirliyinin, tikinti-bərpa işləri ilə məşğul olan digər mülki strukturlarının nə işi var? Nə üçün erməni "qaçqınlarını" BMT-nin müvafiq strukturları deyil sən Dağlıq Qarabağa (zorla) daşıyırsan, müxtəlif bəhanələrlə (ermənilər narahat olarlar!) azərbaycanlıların Xankəndinə dönüşünə imkan vermək istəmirsən? Nə üçün Xankəndi, Xocalı aeroportunu Rusiya işə salmalıdır? Nə üçün bu işlərin həyata keçirilməsinə, yəqin ki, gələcək istismarına da, Azərbaycan tərəfi cəlb edilmir (buna imkan verilmir)? Görünən odur ki, bəzi obyektiv səbəblərdən Azərbaycan hələlik "sülhməramlıların" öz mandatlarını aşma hallarına seyrçi münasibət bəsləyir, təmkinlik münasibəti sərgiləyir. Ancaq Rusiya unutmasın ki, səbrin, təmkinin də bir həddi var!"

Partiya sədri qeyd edib ki, şimal-qərb, qərb, cənub sərhədlərində dost olmayan dövlətlərlə əhatə olunan Rusiyaya cənubda dost olmayan güclü Azərbaycan, yoxsa əlavə bir dost olmayan dövlətin meydana çıxması lazımdır? Rusiya həm də, öz ərazilərində suverenliyin tam bərpa edilməsində Azərbaycan xalqının, dövlətinin israrlı mövqeyini və buna qadir olduğunu da unutmasın! Əks halda itirən Rusiya olacaq!

 

Bilman İSAQ


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ