SON DƏQİQƏ
» » "Dağlıq Qarabağ münaqişəsi" anlayışı artıq yoxdur

"Dağlıq Qarabağ münaqişəsi" anlayışı artıq yoxdur

Tarix:

8-12-2020, 08:00

/ 4 444 dəfə oxundu.
"Dağlıq Qarabağ münaqişəsi" anlayışı artıq yoxdur

Partiya sədri: «Xristian təəssübkeşliyi mövqeyindən çıxış edən bəzi ermənipərəst dövlətlər Azərbaycanın qələbəsini həzm edə bilmir»

 

«Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgər və zabitlərimizin 44 gün ərzində mənfur düşmən üzərində misilsiz qələbəsi ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, öz vətəninin azadlığı uğrunda ölüm-dirim mübarizəsinə qalxmış Azərbaycan xalqının məğlubedilməzliyini bütün dünyaya nümayiş etdirməkdədir». Bu fikirləri Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Qənioglu «Azad Azərbaycan»a bildirib.

Partiya sədri təəssüf hissi ilə qeyd edib ki, özlərini beynəlxalq hüququn qoruyucusu, dünyada demokratiyanın keşikçisi kimi sırımağa çalışan, əslində xristian təəssübkeşliyi, islamafobiya mövqeyindən çıxış edən bəzi ermənipərəst dövlətlər Azərbaycanın qələbəsini həzm edə bilmir. Onlar hər bir vəchlə Cənubi Qafqazı öz təsir dairəsində saxlamaq, bu coğrafiyada söz sahibi olmaq üçün erməni faşistlərindən bir maşa kimi istifadə etmək imkanlarının itirilməsi ilə barışmaq istəmir, regionumuzda yaranmış yeni geosiyasi reallığı qəbul etmirlər.

T.Qənioğlunun sözlərinə görə, bu gün Azərbaycanın öz ərazi bütövlüyünün təmin edilməsi nəticəsində regionumuzda yaranmış real vəziyyətdə də öz istəklərinə nail olmaq, bu coğrafiyanı yenə də qeyri-sabitliyə düçar etmək, öz təsir dairəsində saxlamaq üçün bu üzdəniraq «demokratlar», «hüquq müdafiəçiləri» yenə də erməni kartından istifadə etməyə can atırlar. Öz məqsədlərinə çatmaq üçün müxtəlif yollarla Dağlıq Qarabağda yaşayan bir ovuc erməni tör-töküntüsünə hansısa bir "status" verilməsinə nail omaq istəyirlər. Və hələlik tez-tələsik "qaçqın" ermənilərin Dağlıq Qarabağa qaytarılmasını bunun ilkin yolu hesab edirlər və bu prosesi sürətləndirməyə start veriblər. Bunun üçün Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin 10 noyabrda atəşkəs haqqında imzaladıqları bəyanatın 7-ci maddəsinin yaratdığı imkanlardan istifadə edirlər.

Bəyanatın 7-ci bəndinə toxunan Partiya sədri bildirib ki, həmin maddədə qeyd edilir ki, "Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır". Bu maddədə təkcə "qaçqın", qatı və israrolunmaz türk düşməni olan ermənilərin deyil, eyni zamanda azərbaycanlıların da doğma yurdlarına qayıtmasını nəzərdə tutsa da, hələlik "sülhməramlıların" hərtərəfli dəstəyi ilə yalnız ermənilər qaytarılır. Həm də KİV-də yayılan məlumatlara görə bunların arasında təkcə keçən əsrin 90-cı illərinə qədər bu ərazilərdə yaşayanlar deyil, işğal illərində xaricdən gətirilmiş çoxsaylı ermənilər də vardır. Təbbi, başa düşülür ki, azğın, bütün insani hisslərdən uzaq olan, faşistpərəst, yırtıcı, vandal ermənilər işğal etdikləri bütün ərazilərdə yaşayış məskənlərini darmadağın ediblər və hələlik oralara köçmək üçün şərait yoxdur.

T.Qənioğlu qeyd edib ki, Xankəndindən didərgin salınmış soydaşlarımızın da ora qayıtmaları mümkündür: «Statistik məlumatlara görə işğaldan əvvəl Xankəndində 15 minə yaxın azərbaycanlı yaşayıb. Onların yaşadıqları ünvanlar da məlumdur. "Sülhməramlılardan" tələb etmək lazımdır ki, erməniləri bu unvanlardan çıxarsınlar və soydaşlarımızın Xankəndinə maneəsiz qayıdışını və təhlükəsiz yaşayışını təmin etsinlər! Bununla yanaşı, soydaşlarımızın Dağlıq Qarabağda öz doğma yurdlarına qayıtmalarının tezləşdirilməsi üçün bərpa işlərinə ilk növbədə Suşada, Xocalıda, Xocavənddə başlamaq lazımdır».

Partiya sədri hesab edir ki, Dağlıq Qarabağın hələ də ermənilərin nəzarətində qalan hissəsinin quldur silahlılardan təmizlənməsini tezləşdirmək lazımdır: «Bu gecikdikcə üzdəniraq "arsaxın" cinayətkar "rəhbərləri" "sülhməramlıların" hərtərəfli dəstəyi ilə öz yerlərini daha da möhkəmləndirirlər. Onlar Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi görüntüsünü yaratmağa çalışırlar. Hal-hazırda "sülhməramlılar" Dağlıq Qarabağı de fakto Rusiya ərazisi hesab edirlər və burada bütün hakimiyyəti öz əllərinə alıblar. Buna son qoymaq üçün tezliklə Xankəndində, Xocalıda, Ağdərədə, Əskəranda, Xocavənddə Azərbaycanın suveren hüquqları bərpa edilməli, erməni havadarlarının Dağlıq Qarabağ ermənilərinə hansısa "status" qazandırmaq cəhdlərinə son qoyulmalıdır! Onların nəzinə bir daha çatdırılmalıdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, "Dağlıq Qarabağ münaqişəsi" anlayışı artıq yoxdur: «Dağlıq Qarabağ ermənilərinə heç bir status verilməyəcəkdir. Cəhənnəmə getdi status, gorbagor oldu status!»

 

Bilman İSAQ

скачать dle 12.1

Şərhlər