
Teyyub Qənioğlu: «Xalqımızın apardığıVətən Müharibəsininzəfərlə başa çatacağı gün uzaqda deyil»
Bu gün regionumuzda baş verən hadisələr bütün dünyanın diqqət mərkəzindədir: dostlarımız qələbə sevincini bizimlə bölüşdüyü halda, bədxahlarımız, düşmənlərimiz, xüsusilə də regionda öz maraqlarını güdən və bu maraqlarını reallaşdırmaq üçün əsrlər boyu erməni faşistlərindən daim "alət" kimi istifadə edən türk düşmənləri vahimə içərisindədirlər. Xalqımızın, şanlı ordumuzun torpaqlarımızı işğaldan azad etmək əzmini görən və bu əzmin reallaşmaqda olduğunu dərk edən ATƏT-in Minsk qrupunun xristian üçlüyü xüsusilə təşviş içindədir. Azərbaycanın əzəli və əbədi torpaqlarının özlərinin gizli və açıq dəstəyi iləerməni faşistləri tərəfindən işğalına zəmin və imkan yaradanlar bu gün hər vəchlə bu işğala son qoyulmasına mane olmağa çalışır və bu zaman açıq şantajdan belə çəkinmirlər».
Partiya sədri qeyd edib ki, 2020-ci il il oktyabr ayının 5-də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin dərhal dayandırılmasına dair qəbul etdikləri bəyanat bunu bir daha əyani şəkildə biruzə verməkdədir. Bəyanatda qeyd olunur ki: Həmsədr ölkələr ATƏT və beynəlxalq ictimaiyyət tərəfindən, Minsk qrupuna üzv ölkələrin dəstəyi ilə onlara verilmiş mandatı tam şəkildə həyata keçirməkdə qərarlıdır(?).Bu reallığa qətiyyən uyğun gəlməyən, hədələrlə, təhdidlərlə dolu, Dağlıq Qarabağın Azərbaycandan qoparılması məqsədinə köklənmişuzdəniraq bəyanatda riyakarcasına həmsədr ölkələr bildirirlər ki, münaqişəni məhz biz həll edəcəyik(?), bu məsələ bizə həvalə olunub(?), başqası müdaxilə etməsin(!) və ya münaqişə tərəflərindən biri təkbaşına bu məsələni həll edəcəyini düşünməsin(!?)".
Bilman İSAQ