SON DƏQİQƏ
» » Ermənilərin 12 iyul təcavüzünün arxasında Rusiya dayanır

Ermənilərin 12 iyul təcavüzünün arxasında Rusiya dayanır

Tarix:

10-09-2020, 16:09

/ 2 760 dəfə oxundu.
Ermənilərin 12 iyul təcavüzünün arxasında Rusiya dayanır

Teyyub Qənioğlu: «Nə qədər təhlükəli olsa da,
Rusiya amilindən çəkinmək lazım deyil»

«Suriyada, Liviyada Türkiyə tərəfindən sıxışdırılan, türk amilinə görə Yaxın Şərqdə və Şimali Afrikada "istəyinə" çata bilməyən Rusiya, bunun əvəzini Cənubi Qafqazda çıxarmağa cəhd edir». Bunu Təkamül Partiyasının sədri Teyyub Qənioğlu «Azad Azərbaycan» qəzetinə açıqlamasında deyib.

Onun sözlərinə görə, iyul ayının 12-də əzəli Azərbaycan ərazisində qondarılmış üzdəniraq Ermənistan "dövlətinin" Tovuz rayonu istiqamətində sərhədlərimizə təcavüzünün arxasında Rusiyanın dayanması heç kəsə sirr deyil: «Məqsəd aydındır. Rusiya Azərbaycanı Türkiyə ilə birləşdirən strateji neft, qaz kəmərlərini, dəmir yolunu Ermənistan vasitəsilə nəzarətə almaq istəyir. Təcavüz günlərində və ondan sonra da Rusiyanın təcili surətdə Ermənistana külli miqdarda silah göndərməsi və bu prosesin davam etməsi bir daha sübut edir ki, 12 iyul təcavüzünün arxasında məhz Rusiya dayanır. Məhz Rusiyaya arxalanan Ermənistanın və nə qədər gülməli olsa da, cırtdancığaz qondarma Dağlıq Qarabağ respublikasının faşistpərəst rəhbərləri son günlər müharibə ritorikasına üstünlük verirlər. Onlar Azərbaycanı yeni müharibə ilə hədələyir, ciddi şəkildə müharibəyə hazırlaşırlar, eyni zamanda it kimi də qorxurlar! Hürürlər, "qorxuzurlar", eyni zamanda qorxurlar və quyruqlarını bulayırlar».

T.Qənioğlu bildirib ki, erməni faşistləri Rusiyanın vasitəsilə işğal etdikləri və yenə də Kremlin himayəsi ilə əldə saxladıqları ərazilərimizi sülh yolu ilə azad etmək fikrində deyillər: «Biz indiyədək bəlli səbəblərdən Rusiyanı strateji müttəfiq adlandırırıq!(?) Ancaq Azərbaycan Prezidenti İlham Əliyevin iyul hadisələrindən dərhal sonra Prezident Vladimir Putinə etiraz zəngi ilə düşünmək olar ki, dövlətimiz Rusiya ilə münasibətləri yenidən nəzərdən keçirmək niyyətindədir və bu alqışlanmalıdır! Son günlər baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycanın bir nömrəli və sona qədər arxalana biləcək strateji müttəfiqi qardaş Türkiyədir! Ona görə də Türkiyə ilə bütün sahələrdə, xüsusilə hərbi sahədə, əməkdaşlığımızı gücləndirməliyik».

Partiya sədrinin sözlərinə görə, bir məsələ təmamilə aydındır: işğal edilmiş ərazilərimizi yalnız hərb yolu ilə azad edə bilərik və bunu da edəcəyik: «Ona görə də, hesab edirik ki, nə qədər təhlükəli olsa da, Rusiya amilindən çəkinmək lazım deyil! Azərbaycanın strateji mənafeyi yavaş-yavaş, ancaq çəkinmədən, mərhələlərlə Rusiyadan aralanmağı, hərbi sənayemizi sürətlə inkişaf etdirməyi, bu sahədə qardaş Türkiyə və Pakistanla əlaqələrimizi gücləndirməyi tələb edir. Bunun müəyyən zamana ehtiyacı var. Ancaq inanırıq ki, bu zaman uzaqda deyil».

Bilman İSAQ

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ