SON DƏQİQƏ
» » "Bu halda Qarabağa heç bir status verilməməlidir"-AÇIQLAMA

"Bu halda Qarabağa heç bir status verilməməlidir"-AÇIQLAMA

Tarix:

14-08-2020, 11:19

/ 2 789 dəfə oxundu.
"Bu halda Qarabağa heç bir status verilməməlidir"-AÇIQLAMA

Partiya sədri: «İşğal edilmiş torpaqlarımız hərb yolu ilə azad ediləcəyi təqdirdə 
Dağlıq Qarabağa heç bir statusun verilməyəcəyi qəti şəkildə bəyan edilməlidir»

«Ermənilər nəinki faşist təbiətli, terrorçu, qaniçən, xəyanətkar, satqın, öz məkirli məqsədlərinə çatmaq üçün hər şeylərini satmağa hazır olan və satan, insan cilidinə girmiş insana bənzər, türk düşmənçiliyini özlərinin həyati məqsədinə çevirdikləri məxluqdurlar, eyni zamanda fürsətçidirlər. Onlar mövcud olduqları bütün tarixi dövrlər ərzində öz alçaq niyyətlərinə çatmaq üçün meydana çıxan bütün vasitələrdən "bacarıqla" istifadə ediblər və etməkdədirlər». Bu fikirləri "Azad Azərbaycan” qəzetinə açıqlamasında Təkamül Partiyasının sədri Teyyub Qənioğlu bildirib.

Onun sözlərinə görə, saxta tarix yaradan, heç bir zaman müstəqil dövləti olmayan,  bəşəriyyətin üz qarası olan bu "millət" üçün, türk düşmənlərinin səyi nəticəsində, türk dövlətləri arasında birbaşa quru sərhədlərin ardan qaldırılması, türk dünyasına qarşı plasdarm kimi istifadə etmək məqsədi ilə, vassal bir "dövlət" qondarılmışdır: «Hər şeydən göründüyü kimi, tarixi Azərbaycan ərazisində qondarılmış bu üzdəniraq maşalar, keçən əsrin 20-ci illərində dünyada və regionda formalaşmış fürsətdən istifadə edərək, xarici  himayədarlarının birbaşa dəstəyi ilə əldə etdikləri ərazilərlə kifayətlənmək fikrində deyil».

Partiya sədri qeyd edib ki, XIX əsrin əvvəllərində rus-İran müharibələrinin nəticəsində Azərbaycan torpaqlarına köçürülmüş, 1978-ci ildə bu göçürmələrin 150 illiyi münasibəti ilə Dağlıq Qarabağda möhtəşəm abidə ucaldan bu nankorlar indi iddia edirlər ki, guya bu torpalarda əbədi yaşamışlar. İndi isə xarici havadarlarının əli ilə süni şəkildə məskunlaşdırıldıqları və işğal etdikləri Dağlıq Qarabağla kifayətlənməyən erməni faşistləri işğal etdikləri digər Azərbaycan ərazilərinə də iddia etdiklərini heç gizlətmirlər də! Bu məqsədlərinə çatmağın "ənənəvi yolu"nun işğal etdikləri ərazilərə ermənilərin köçürülməsinin olduğunu da yaxşı bilirlər.

T.Qənioğlu bildirib ki, Suriyada baş verən müharibənin yaratdığı fürsətdən istifadə edən qondarma erməni "dövləti" Suriya ermənilərinin işğal etdikləri Azərbaycan torpaqlarında məskunlaşdırılmasna başlamış və bu davam etməkdədir. İndi isə Livanda baş verən partlayışdan istifadə edərək bu ölkədə yaşayan erməniləri işğal etdikləri Azərbaycan torpaqlarında yerləşdirmək xəyalına düşüblər və KİV-də yayılan məlumatlara görə artıq buna strat verilmişdir. Məqsəd bir müddətdən sonra bu ərazilərin də əbədi erməni torpağı olduğunu "sübut etməkdir". Təəssüf ki, erməni faşistlərinin bu məkrli niyyətlərinin həyata keçirilməsinin qarşısını almaq üçün Azərbaycanın yeritdiyi siyasət hələlik heç bir nəticə vermir. Hətta 10 il bundan əvvəl ATƏT-in faktaraşdırıcı missiyası ermənilərin bu hərəkətinin yolverilməz olduğunu, onun dayandırılmasının vacibliyini elan etsə də, ermənilər öz məkrli səylərindən əl çəkmək niyyətində deyillər. Bunun səbəblərindən biri də, Azərbaycanın XİN tərəfindən indiyədək aparılan "dişsiz" siyasət, daim müdafiə mövqeyindən çıxış etməsidir. Ümidvarıq ki, XİN səviyyəsində aparılan islahatlar bu sahədə hücum diplomatiyasına əsaslanan, daha çevik, məqsədyönlü və təsirli siyasət aparmağa imkan verəcəkdir. Ən azından xarici işlər naziri tərəfindən qəti şəkildə elan edilməlidir ki, işğal olunuş torpaqlarımız azad edildikdən sonra, 1990-cı idən etbarən Azərbaycan torpaqlarında məskunlaşdırılmış xarici ermənilər heç bir kompensasiya ödənilmədən deportasiya ediləcəklər! Bununla yanaşı, bir daha elan edilməlidir ki, Azərbaycan işğal edilmiş torpaqlarımızın sülh yolu ilə azad ediləcəyi təqdirdə Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək statusla muxtariyyət verməyə hazırdır. Ancaq işğal edilmiş ərazilərimizin hərb yolu ilə azad ediləcəyi təqdirdə Dağlıq Qarabağ ermənilərinə heç bir status verilməyəcəkdir!»

Bilman İSAQ

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ