SON DƏQİQƏ
» » Şişirdilmiş informasiyalar cəmiyyətə əks təsir göstərir

Şişirdilmiş informasiyalar cəmiyyətə əks təsir göstərir

Tarix:

6-08-2020, 08:53

/ 2 745 dəfə oxundu.
Şişirdilmiş informasiyalar cəmiyyətə əks təsir göstərir

Partiya sədri: «Aldığı informasiyaların yaşadığı reallığa uyğun gəlməməsi insanlarda ümidsizlik yaradır»

 

«İnsanın həqiqətsevər; reallığı düzgün qiymətləndirməyi, pisi yaxşıdan ayırmağı bacaran; ədalətli və nəhayət vətəpərvər bir şəxsiyyət kimi yetişməsində reallığı düzgün əks etdirən informasiyalar əsasında həyata keçirilən ideoloji təbliğatın misilsiz rolu vardır». Təkamül Partiyasının sədri Teyyub Qənioğlu «Azad Azərbaycan» qəzetinə açıqlamasında belə deyib.

Onun sözlərinə görə, reallığı düzgün əks etdirməyən, bilərəkdən və ya bilməyərəkdən, hər hansı bir məqsədə çatmaq üçün qəsdən yayılan yanlış informasiyalar insanları çaşdırır: «Aldığı informasiyaların yaşadığı reallığa uyğun gəlməməsi insanlarda ümidsizlik yaradır, onları çaşdırır, məqsədinə çatmaq üçün düzgün yolun seçilməsinə mane olur. Ən pisi onları doğru yoldan sapındırır, məqsədinə nail olmaq üçün yanlış mübarizə yolunu seçməyə sövq edir».

T.Qənioğlu qeyd edib ki, müasir dövrdə obyektiv, reallığa uyğun informasiyaların insanlara çatdırılmasının, onlara əsaslanaraq ideoloji təbliğatın reallığa uyğun şəkildə qurulmasının çoxsaylı yolları, vasitələri var. Onların sırasında KİV, xüsusilə də internet, radio və televiziyalar önəmli rol oynayır: «Hər bir ölkədə, xüsusilə də, totalitarizmdən demokratiyaya keçid yolu seçmiş Azərbaycan kimi ölkələrdə, dövlətin KİV-dən istifadə edərək, ideoloji təbliğatı məqsədyönlü şəkildə xalqının və dövlətinin mənafeyini şəxsi mənafeyindən üstün tutan, real vəziyyətdən irəli gələn çətinliklərə səbrlə dözən və bu çətinliklərin aradan qaldırılması üçün səyini əsirgəməyən əsl vətəndaşın yetişdirilməsinə yönəltmək imkanı vardır. Son illər həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda sosial-iqtisadi-siyasi sahələrdə, o cümlədən ölkədə azad, demokratik cəmiyyətin qurulması, insan haqlarının qorunması sahələrində, önəmli irəliləyişlərin olmasına baxmayaraq, onların hər birində çatışmazlıqların, öz həllini gözləyən problemlərin olduğu hər kəsə məlumdur və heç kəs bunu inkar etmir. Sadəcə nə çatışmır? Hesab edirik ki, dövlət səviyyəsində həyata keçirilən ideoloji təbliğatın reallığa uyğunluğu çatışmır! Məgər məlum deyil ki, heç bir şey birdən-birə yetişmir? Məgər toxum təkamül yolu ilə yetişib möhtəşəm ağaca çevrilmir? Və ya rüşeym birdən-birə insan olurmu?»

Partiya sədri bildirib ki, hər bir problemin, onun dərinlik dərəcəsindən asılı olaraq, həll edilməsinin zamana ehtiyacı olduğunu kimsə inkar etmir: «Mövcud problemləri, onları doğuran səbəbləri, həlli üçün həyata keçirilən tədbirləri, ona mane olan səbəbləri, onların aradan qaldırılmasının zamana ehtiyacının olduğunu, bu istiqamətdə gələcəkdə həyata keçiriləcək tədbirləri obyektiv şəkildə vətəndaşların nəzərinə çatdırmaq olmazmı? Reallığa uyğun olmayan, şişirdilmiş informasiyaların əks təsir göstərdiyi niyə nəzərə alınmır? Nə üçün müxtəlif KİV-lərin daimi, "sabit qonağı" olan, reallığa uyğun olmayan fikirlərinə görə xalqın etimad etmədiyi bəzi azsaylı, "hərşeyşünus"lar bunu nəzərə almırlar? Onlar niyə nəzərdən qaçırırlar ki, biz artıq informasiyalaşmış cəmiyyətdə yaşayırıq və hər bir vətəndaş müxtəlif kommunikasiya vasitələri ilə reallıqda nə baş verdiyi haqda kifayət qədər xəbərdardırlar. Təbbiidir ki, ölkənin hər bir vətəndaşı mövcud problemlərin tez aradan qaldırılmasını üçün daha ciddi tədbirlərin həyata keçirilməsini istəyir, gözləyir və hesab edir ki, zaman gecikir. Ancaq Həzrət Əli (Ə) demişkən: "Zaman geciksə də, nəticə geciksə də, səbr edən mütləq zəfər çalar..." Azərbaycan xalqı həqiqətsevər, dözümlü xalqdır».

 

Bilman İSAQ


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ