SON DƏQİQƏ

Növbənizi gözləyin cənab korrupsionerlər!

Tarix:

25-08-2020, 11:03

/ 2 851 dəfə oxundu.
Növbənizi gözləyin cənab korrupsionerlər!

 

Partiya sədri: «DTX-nın strukturu bütün rüşvətxorlara qarşı eyni zamanda "tədbir görməyə" imkan vermir. Bunların zamana ehtiyacı var»

 

«Hər bir fərdin mükəmməl bir şəxsiyyət kimi yetişməsi üçün təkcə onun özünün həyat təcrübəsi, başına gələnlərdən nəticə çıxarması kifayət deyil. Bununlayanaşıonunmüşahidə qabiliyyəti olmalı, ətrafında baş verənləri diqqətləizləmək və onlardan ibrət götürmək qabiliyyəti də olmalıdır». Bu sözləri «Azad Azərbaycan» qəzetinə açıqlamasında Təkamül Partiyasının sədri Teyyub Qənioğlu bildirib.

O qeyd edib ki, bir çoxları, xüsusilə də özündən razı olan bəzi məmurlar və üzdəniraq "siyasətçilər" bunun fərqində deyillər. Onlar hesab edirlər ki, hər şeyi düz edirlər, düzgün yoldadırlar, söylədikləri Quran ayəsi kimi düz və dəyişilməzdir və buna görə də hərəkətləri üçün heç bir cavabdehlik daşımırlar, qanunların fövqində dayanırlar, toxunulmazdırlar.

Partiya sədri təəssüflə bildiribki, qeyd edilən kateqoriyaya daxil olanların bu cür düşünmələrinərəvac verən əsas amil son zamanlaradək ölkəmizdə mövcud olan reallıqlardır. Başqa sözlə, qanunazidd hərəkət edənlərin (kasıb vətəndaşlardan söhbət getmir), korrupsionerlərin, rüşvətxorların nəinki qanunlara müvafiq məsuliyyətə cəlb edilməmələridir, bu bir yana, nümayişkaranə surətdə "ağa nəzərəm, belə gəzərəm" təfəkkürüdür.

T.Qənioğlu son zamanlar korrupsiyaya, rüşvətxorluğa, qanun pozuntularına qarşı dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən danışaraq əlavə edib ki,6 rayonun icra başçısının həbs edilməsi, iki nazirin yol verdikləri qanunazidd hərəkətləri ucbatından işdən çıxarılması, qanun pozuntularına yol verən hər kəsin kimliyindən asılı olaraq məsuliyyətə cəlb ediləcəyi barədə Prezidentin açıq ismarıcı da deyəsən bəzilərini hələ də ayıltmayıb. Onun sözlərinə görə, "bu mənə aid deyil, mənə toxuna bilməzlər" düşüncəsi hələ də bəzilərinə hakimdir: «Belələri yəqin ki, himayədarlarına arxayındırlar. Hakimiyyət strukturlarını sıx bürüyən qohumluq əlaqələrindən yararlanaraq məsuliyyətdən yayınacaqlarına çox güvənirlər vətəəssüf ki, yanılmırlar da! «Ancaq bir şeyi unudurlar, korrüpsiyaya, rüşvətxorluğa, qanun pozuntularına qarşı mübarizə dönməz xarakter almaqdadır, bu sahədə güclü siyasi iradə vardır! Ətrafınızda baş verən hadisələrdən nəticə çıxarın cənab "ağanəzərlər", sonra gec ola bilər. Bir şeyi də nəzrdən qaçırmayın: Dövlət Təhlükəsizlik Xidmətinin strukturu, işçilərinin sayı bütün korrupsionerlərə, rüşvətxorlara qarşı eyni zamanda "tədbir görməyə" imkan vermir. Bunların zamana ehtiyacı var. Ya bəd əməllərinizdən əl çəkin, ya da növbənizi gözləyin cənabkorrupsionerlər, rüşvətxorlar, «ağanəzərlər».

Bilman İSAQ


скачать dle 12.1

Şərhlər