SON DƏQİQƏ

Qələbə bizimlədir, bizim olacaq-BƏYANAT

Tarix:

27-09-2020, 15:20

/ 3 396 dəfə oxundu.
Qələbə bizimlədir, bizim olacaq-BƏYANAT

Bu gün, səhər saat 6 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələri öz faşist təbiətininə uyğun olaraq, mülki əhalini, mülki obyektləri və mülki infrastruktur obyektlərini hədəfə almaqla, cəbhə bölgəsində geniş miqyaslı təxribat törətmişlər və həyasızcasına bu təxribatlarının davam edəcəyini bəyan etməkdədirlər.

Hər şeydən göründüyü kimi, öz xarici havadarlarına arxayın olan bu insanlıqdan uzaq olan erməni faşistləri öz təcavüzkar hərəkətlərinin bu dəfə də cavabsız qalacağına əmindirlər. Azərbaycan daim Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə tərəfdar olmuş və bunu ən yüksək səviyyədə bəyan etmişdir. Ancaq yetər! Cəbhədən verilən xəbərlərə görə şanlı Silahlı Qüvvələrimiz, igid əsgər və zabitlərimiz düşmənin təcavünün qarşısını mətanətlə almış, onlara layiqli cavablarını vermiş və verməkdədirlər. Biz Ali Baş Komandanın rəhbərliyi altında şanlı Silahlı Qüvvələrimizin bu dəfə erməni faşistləri üzərində tam və qəti qələbə qazanacağına, işğal altındakı ərazilərimizin təmamilə azad ediləcəyin tam əminik! Buna heç kəsin şübhəsi olmasın!

Azərbaycan Təkamül Partiyası olaraq Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun torpaqlarımızın işğaldan azad edilməsi istamətində həyata keçirdiyi cavab tədbirlərini dəstəklədiyimizi bəyan edirik! Azərbaycan Təkamül Partiyası olaraq vətəndaşlarımızı, mövqeyindən asılı olmayaraq bütün siyasi partiyaları vətənimizin azadlığı, ərazi bütövlüyümüzün təmin edilməsi naminə Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşbəyə çağırırıq. Biz birlikdə güclüyük! Heç kəsin şübhəsi olmasın ki, QƏLƏBƏ BİZİMLƏDİR, BİZİM OLCAQ!


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ