SON DƏQİQƏ
» » Müharibə tam qələbəyədək davam etdirilməlidir

Müharibə tam qələbəyədək davam etdirilməlidir

Tarix:

29-09-2020, 08:31

/ 4 790 dəfə oxundu.
Müharibə tam qələbəyədək davam etdirilməlidir


Partiya sədri:«Dağlıq Qarabağ problemini Azərbaycan Ordusu həll edəcək»

 

«Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən türk düşməni olan, havadarlarının hərtərəfli yardımı iləAzərbaycan torpaqlarınıişğal edən faşist, terrorçu insanabənzər ermənilər,yəqin ki, yenədə onlara arxayın olaraq, yeni ərazilər işğal etmək həvəsi ilə sentyabrın 27-dən etibarən torpaqlarımıza təcavüz edib. Onlar yenə öz xislətlərinə uyğun olaraq mülki əhalini, mülki obyektləri hədəfəalmaqdan çəkinmirlər».Bu fikirləri "Azad Azərbaycan”a açıqlamasında Təkamül Partiyasının sədri Teyyub Qənioğlu bildirib.

Onun sözlərinə görə, hərşeydən göründüyükimi, erməni faşistləri bu dəfəyanıldıqlarını hiss etməyəbaşlayıblar: «Onlar gözləmirdilər ki, bütün Azərbaycan xalqının, mövqeyindən asılı olmayaraq siyasi partiyaların tam dəstəyinə arxalanan vəxalqımızın torpaqlarını işğaldan azad etmək istəyini nəzərə alan Ali Baş Komandan İlham Əliyev əks hücüm barədə çoxdan gözlənilən əmrini verəcəkdir».

Partiya sədri vurğulayıb ki, bu gün Ali Baş Komandan ətrafında birləşən xalqımız torpaqlarımızın işğaldan azad edilməsi üçün ordumuza tam dəstək verir. Bu dəstəyə arxalanan qəhrəman əsgərlərimiz, zabitlərimiz işğal altında olan torpalarımızı qarış-qarış azad etməkdədir və qəti inanırıq ki, qısa zaman ərzində bütün torpaqlarımızı azad edəcəklər!

T.Qənioğlu əlavə edib ki, Azərbaycan Ordusunun qətiyyəti ilə üzləşən erməni faşistləri, artıq kömək məqsədi ilə havadarlarına yalvarmaqdadır: «Təəssüf ki, onlara dəstək verənlər var. 30 ilə yaxındır ki, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsinə yardım məqsədi ilə yaradılmış və bu müddət ərzində öz mandatlarının ziddinə olaraq işğalçı ermənilərə dəstək verən ATƏT-in Minsk qrupunun həmsədrləri, özünün işğal edilmiş torpaqlarını sülh yolu ilə azad edilməsinə dair 4 Qətnaməsinin yerinə yetirilməsinə nail ola bilməyən BMT-nin sədri yenə də tərəflərin sülh danışıqlarını bərpa etməyə çağırırlar».

Partiya sədri sülh məsələsinə toxunaraq qeyd edib ki, ötən müddət ərzində işğalçı ermənilərə dəstək verən aparıcı xristian dövlətləri, eləcə də, özünü "müsəlman təəssübkeşi" adlandıranlar "münaqişənin hərb yolu ilə həlli yoxdur" deyərək yenə də Azərbaycana təzyiq göstərmək, onu geri çəkilməyə vadar etmək, beləliklə də, mənfur erməniləri məğlubiyyətdən xilas etmək istəyirlər!?

Artıq yetər! Prezident İlham Əliyevin də dediyi kimi, arxada qalan 30 ilin təcrübəsi göstərdi ki, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli yoxdur! Bu problemi Azərbaycan Ordusu hərb yolu ilə həll edəcəkdir! Ona görə də erməni faşistləri ilə heç bir sülh danışıqları olmamalıdı: «Müharibə tam qələbəyədək davam etdirilməlidir! Biz ordumuza inanırıq. Qələbə bizimdir, bizim olacaq».

 

Bilman İSAQ


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ