SON DƏQİQƏ
» » "Baza prinsipi"nin məzmunu qalsa da, onun detalları dəyişib

"Baza prinsipi"nin məzmunu qalsa da, onun detalları dəyişib

Tarix:

22-10-2020, 10:21

/ 3 459 dəfə oxundu.
"Baza prinsipi"nin məzmunu qalsa da, onun detalları dəyişib


 

Partiya sədri: «Şanlı ordumuzun erməni hərbçilərini son nəfərinə qədər torpaqlarımızdan qovacağı heç kəsdə şübhə doğurmur»


«Müzəffər ordumuz Ali Baş Komandanın rəhbərliyi altında hər gün işğal altında olan ərazilərimizi bir-birinin ardınca azad etməkdə, xalqımızı yeni-yeni qələbələrlə sevindirməkdədir. Ordumuzun bu müzəffər yürüşü göstərir ki, mənfur düşmən üzərində tam və qəti qələbəmiz, ərazi bütövlüyümüzün təmin ediləcəyi günuzaqda deyil». Bu sözləri "Azad Azərbaycan"a Təkamül Partiyasının sədri Teyyub Qənioğlu deyib.

 

Onun sözlərinə görə, torpaqlarımızın işğal altında olduğu 30 il müddətində onun sülh yolu aradan qaldırılacağını gözləyən və nəhayət ki, bunun mümkün olmayacağını nəzərə alan sülhsevər Azərbaycan, BMT Nizamnaməsinin 51-ci maddəsini əsas tutaraq, ərazi bütövlüyünün təmin edilməsi üçün haqlı olaraq hərb variantını seçmək, Vətən Müharibəsi aparmaq məcburiyyətində qaldı: «Düşmən üzərində tam üstünlüyə malik olan şanlı ordumuzun erməni hərbçilərini son nəfərinə qədər torpaqlarımızdan qovacağı heç kəsdə şübhə doğurmur».
T.Qənioğlu bildirib ki, bu gün "baza prinsipi"nin məzmunu qalsa da, onundetalları dəyişib: «Bu müharibədir, təəssüf ki, itkilərsiz ötüşmür. Ona görə də, hərbi sahədə qəti üstünlüyümüzə baxmayaraq, hər iki tərəfdə insan itkisinə yol verməmək üçün, Ali Baş Komandan İlham Əliyevyenə də, sülh təşəbbüsü ilə çıxış edir. O, erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılacağı təqdirdə hərbi əməliyyatların dayandırılacağını, "baza prinsipləri" ətrafında sülh danışıqlarına hazır olduğunu bildirir. Prezident, Ali Baş Komandan İlham Əliyevin "baza prinsipləri" əsasında sülh danışıqlarına hazır olması haqqında fikirləri bəziləri tərəfindən düzgün başa düşülmür, ehtiyat edilir ki, bu danışıqlar yenə də uzun sürə, işğal davam edə bilər. Belə düşüncələrin yanlış olduğunu qeyd etmək üçün ilk növbədə "baza prinsipləri" anlayışının məzmununa diqqət yetirmək lazımdır."Baza prinsipləri" işğal altında olan torpaqların azad edilməsini nəzərdə tutur! Ona necə, hansı yollarla nail olunması isə detallardır».

 

Partiya sədri qeyd edib ki, Azərbaycan, iqtisadiyyatının, ordusunun, beynəlxalq mövqelərinin nisbətən zəif olduğu XX əsrin 90-cı illərində, işğal olunmuş torpaqlarımızın sülh yolu ilə, mərhələlərlə azad edilməsini nəzərdə tutan və əsasən Madrid Prinsipləri kimi tanınan "baza prinsipləri" əsasında sülh danışıqlarını aparmağa, Dağlıq Qarabağa yüksək özünü idarə statusu verilməsinə etiraz etmirdi: «Ancaq indi şərtlər dəyişib. Azərbaycan inkişaf etmiş iqtisadiyyata, yenilməz orduya, güclü beynəlxaq mövqeyə,möhtəşəm xalq-iqtidar birliyinə malikdir və şanlı ordumuz işğala son qoymaqdadır. İndi "baza prinsipləri"nin reallaşdırılması dedikdə, Ali Baş Komandan İlham Əliyevinqeyd etdiyi kimi, erməni silahlı qüvvələrinin, Dağlıq Qarabağ da daxil olmaqla, işğal edilmiş bütün ərazilərimizdən qeyd-şərtsiz çıxarılması üçün dəqiq qrafikin verilməsi nəzərdə tutulur. Və yəqin ki, Azərbaycan xalqının yekdil rəyi, ermənilərin satqın, dönük xisləti nəzərə alınaraq, əsgər və zabitlərimizin qanı bahasına azad edilmiş ərazilərimizdə ermənilərə hansısa statusun verilməyəcəyini də özündə ehtiva edir. Ona görə də, Təkamül Partiyası olaraq, Ali Baş Komandan İlham Əliyevin Azərbaycanın qeyd edilən şərtlər daxilində sülh danışıqlarına hazır olması haqda mövqeyini dəstəkləyirik».

Partiya sədriəlavə edib ki, bu mövqe bir daha, faşistpərəst Ermənistandan fərli olaraq, Azərbaycanın sülhsevər bir dövlət olduğunu bütün dünyaya nümayiş etdirməkdədir.

 

Bilman İSAQ


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ