SON DƏQİQƏ
» » Düşmən üzərində qələbə yalnız hərb meydanında əldə edilmir

Düşmən üzərində qələbə yalnız hərb meydanında əldə edilmir

Tarix:

13-10-2020, 09:11

/ 3 542 dəfə oxundu.
Düşmən üzərində qələbə yalnız hərb meydanında əldə edilmir


Partiya sədri: «İşğal edilmiş ərazilərdə "status-kvo" və "təmas xətti" anlayışlarına son qoyulub»

«Oktyabrın 9-dan 10-na keçən gecə uzun sürən gərgin danışıqlardan sonra Rusiyanın vasitəçiliyi (əslində təhriki və təzyiqi) ilə Azərbaycanla Ermənistan arasında Qarabağ cəbhəsində müvəqqəti humanitar atəşkəs barədə razılığa gəlinməsi Azərbaycan xalqının müəyyən qismi tərəfindən birmənalı qarşılanmadı». Bu fikirləri "Azad Azərbaycan"a açıqlamasındaTəkamül Partiyasının sədri Teyyub Qənioğlu bildirib.

Onun sözlərinə görə,bunun əsas səbəbi xarici ermənipərəst dövlətlərin, xüsusilə də Rusiyanın, birbaşa hərbi-siyasi-iqtisadi yardımı ilə Azərbaycan torpaqlarını işğal edən Ermənistanın, 30 ilə yaxınmüddət ərzində ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan "sülh danışıqlarına" baxmayaraq, torpaqlarımızı işğaldan azad etməkdən israrla imtina etməsidir.

T.Qənioğlu qeyd edib ki, düşmən üzərində qələbə yalnız hərb meydanında əldə edilmir: «Bu cür mövqe sərgiləyənlər haqlı olaraq ehtiyat edirlər ki, öz vasitəçi missiyasına zidd olaraq faşist, qaniçən erməniləri yalnız türk düşməni olduğuna görə birmənalı şəkildə müdafiə edən Fransanın və qəti ermənipərəst Rusiyanın dominantlıq etdiyi ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə sülh danışıqlarının bərpa ediləcəyi halda torpaqlarımız yenə də uzun müddət işğal altında qala bilər. İlk baxışda bu cür düşünənlərə məyyən dərəcədə haqq qazandırmaq olar. Ancaq müəyyən dərəcədə! Unutmaq olmaz ki, düşmən üzərində qələbə yalnız hərb meydanında əldə edilmir».

Partiya sədri vurğulayıb ki, düşmən üzərində tam və qəti qələbə çalmaq üçün hərb meydanı ilə yanaşı, siyasi, diplomatik və informasiya cəbhəsində də qələbə qazanmaq lazımdır: «Əgər Vətən Müharibəsinin 14 günü ərzində baş verənlərə ötəri nəzər salsaq görərik ki, Azərbaycan qeyd edilən bütün sahələrdə inamlı qələbələr əldə etmişdir.
1. Hərbi sahədə: Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman ordumuz qısa müddətdə torpaqlarımızın müəyyən hissəsini yağı düşməndən azad etmişdir.
2. Siyasi sahədə: İşğal edilmiş ərazilərdə "status-kvo" və "təmas xətti" anlayışlarına son qoyulmuşdur.
3. İnformasiya sahəsində: Azərbaycan Vətən Müharibəsi apardığını bütün dünyaya qəbul etdirmiş, və informasiya cəbhəsində erməniləri küncə sıxışdırmışdır.
4. İqtisadi sahədə: Ermənistan silahlı qüvvələrinin əsas hissəsini sıradan çıxarmaqla onun bərpasını çətinləşdirmiş, Ermənistanın iqtisadi vəziyyətinin daha da pisləşməsini sürətləndirmişdir.
5, Diplomatik sahədə: Sülh danışıqlarının formatının dəyişdirilməsi, bu prosesə qondarma "dqr"-i qoşulması istiqamətində Ermənistanın cəhdlərini qətiyyətlə rədd etmiş və buna imkan verməmişdir».
T.Qənioğlu əlavə edib ki, hələlik yalnız əsir götürülmüş hərbçilərin və həlak olanların cəsədlərinin dəyişdirilməsi və mülki şəxslərin verilməsi məqsədini özündə ehtiva edən müvəqqəti humanitar atəşkəs sülh sazişi anlamına gəlmir.

Partiya sədri erməni vəhşiliyindən danışaraq bildirib ki, indi əsas məsələ ermənilərin müvəqqəti atəşkəs rejimindən istifadə edərək öz ordusunun əlverişli yerdəyişməsinə, cəbhəyə əlavə qüvvələri cəlb etməsinə imkan verməməkdən ibarətdir. Ermənistan və onun havadarları yaddan çıxarmasınlar ki, son günlərin bir daha sübut etdiyi kimi, Azərbaycan işğal altında olan torpaqlarını hərb yolu ilə azad etmək iqtidarındadır. Ona görə də, heç kəs yenidən sülh danışıqları adı altında torpaqlarımızın işğalını davam etdirmək haqqında düşünməsin».

Bilman İSAQ

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ